ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi SOCAR-ın rəhbər heyəti ilə birlikdə anım mərasimində iştirak edərək Ümummilli Lider Heydər Əliyevin  Fəxri Xiyabandakı abidəsi önünə tər çiçəklər düzmüş və onun əziz xatirəsini yad etmişlər.

Anım tədbiri “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində davam etdirilmişdir.
Tədbirdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər heyəti, departament və şöbə rəisləri, kollektiv üzvləri iştirak etmişlər. İlk öncə Azərbaycan Respublikasının himni səsləndi. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorun müşaviri, Baş direktorun vəzifə səlahiyyətləri icra edən Rəşad Mustafayev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi, böyük şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin Vətən qarşısında xidmətlərinin danılmaz olduğunu, dünya miqyasında müstəqil Azərbaycandan danışanda həmişə onun qurucusu Heydər Əliyev anılması və adı uca tutulması haqqında bildirdi. Daha sonra Rəşad Mustafayev çıxışını davam etdirərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil dövlətin Konstitusiyasının qəbul olunmasında, Azərbaycan milli bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi elan edilməsində böyük rolu olduğunu vurğuladı.
Qeyd olunmuşdur ki, Ümummilli Liderin şah əsəri olan Azərbaycan bu gün  Heydər Əliyevin ideyaları altında dinamik inkişaf yolu ilə gedir. Ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində respublikamızda milli iqtisadiyyatımızın və qeyri neft sektorunun  inkişafı  üçün  əlverişli  şərait yaradılmışdır.
Toplantıda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş olunmuş, və xatirəsi əziz tutulmuşdur. 
Odur ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.












tarix : 12.12.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.