ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanılan  “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası keçirilməyə başlanmışdır.

Bu məqsədlə 27 dekabr 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək göstərmək və qarşıdan gələn Yeni il münasibəti ilə hədiyyə etmək məqsədilə könüllü olaraq keçirilən “Donor günü” xeyirxah aksiyasında cəmiyyətin əməkdaşları fəal iştirak etmişlər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə həyata keçirilən qanvermə aksiyasında həkim-hemotoloqlar tərəfindən cəmiyyətin donor əməkdaşlarının sağlamlıqları öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülmüşdür.
Kollektivin bu aksiyaya qoşulmasının əsas məqsədi qana ehtiyacı olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstələrinə dəstək olmaq və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qan ehtiyatlarının yaradılmasına dəstək çağırışına qoşulmaqdan ibarət olmuşdur.
Aksiyada “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 80-dən yuxarı əməkdaşı iştirak etmişdir.
Bu kimi tədbirlər təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, cəmiyyətin əməkdaşları tərəfindən  bundan sonra da davam etdiriləcəkdir.





















 


tarix : 27.12.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.