ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC- nin Eko Park İnnovasiya Mərkəzində “5 saylı Uşaq - Gənclər İnkişaf Mərkəzi” nin müəllim, şagird heyətinə maarifləndirmə və ekskursiya təşkil edilmişdir.
15.02.2024-cü il tarixində QSC-nin Eko Park İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin “5 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzi”nin şagird və müəllim heyəti üçün maarifləndirmə və  ekskursiya təşkil edilmişdir. 

Tədbirdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko Park İnnovasiya Mərkəzinin rəhbərliyi, əməkdaşları və “5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi” nin şagird və müəllim heyəti iştirak etmişlər. 
Maarifləndirmə və ekskursiyanın təşkilində əsas məqsəd ölkəmizin gənc nəsil nümayəndələrinin diqqətini Azərbaycanın ekoloji tarazlığının qorunmasına və bərpasına, ekoloji biliklərin artırılmasına, eyni zamanda bu sahədə bacarıqlarının formalaşmasına yönəltməkdən ibarət olmuşdur.
Daha sonra “5 saylı Uşaq - Gənclər İnkişaf Mərkəzi” nin müəllim və şagird heyəti ilə Mərkəzin əməkdaşları arasında görüş keçirilmişdir.
Tədbirin davamı olaraq onlara Mərkəz və ərazidə olan bitki, torpaq örtüyü haqqında ətraflı məlumat verilmişdir. 
Ekskursiyanın sonunda Mərkəzin istixanasında tədbir iştirakçıları tərəfindən dibçəklərə bitkilər əkildi, onlara prosesin məzmunu və bitkilərin aqrotexniki qaydalara uyğun əkilməsi haqqında ətraflı məlumat verildi. Eko Park İnnovasiya Mərkəzinin əməkdaşları şagird və müəllim heyətinə Mərkəz haqqında geniş məlumat vermiş, alternativ enerji mənbələri, Enerji İdarərtmə Mərkəzi, fidanlıq sahəsi və istixana ilə tanış etmişlər. 
Ekskursiya  və maarifləndirmə proqramının sonunda xatirə şəkilləri çəkildi. 









tarix : 16.02.2024

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.