ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 Mart – “Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə tədbir keçirilmişdir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə  1972-ci  ildən etibarən,  hər il 1 mart bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 100-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yayılması, mülki müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.  

Hər il olduğu kimi, bu il də “Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 Mart – “Ümumdünya  Mülki Müdafiə Günü” ilə əlaqədar  “Mülki Müdafiə sahəsində inovativ texnologiyalar” mövzusunda tədbir keçirilmişdir. Nizami rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin təsdiq etdiyi tədbirlər planına  uyğun olaraq, QSC-nin bütün xidmət sahələrinə bu tədbir barədə xəbərdarlıq edilmiş və mülki müdafiə  manqaları ilə birgə toplantılar keçirilmişdir.
Toplantıda Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, Texniki Təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov çıxış edərək,  mülki  müdafiənin insanların  həyatındakı  rolundan ətraflı danışdılar  və  bu sahəyə cavabdeh  şəxslərin  daha da məsuliyyətli olmaları tövsiyə etdilər.
Tədbirin davamı olaraq mülki  müdafiə üzrə mühəndis Fuad İmanov QSC-də görülən işlər və qarşıda duran vəzifələr  barədə tədbir iştirakçılarına  geniş məlumat vermişdir. Sonda mülki müdafiə sahəsinə aid mövzuda geniş müzakirələr aparılmışdır.  








tarix : 01.03.2024

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.