ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir
8 Mart - Beynəlxalq Qadınlar Gününün bayram edilməsi 1910-cu ildə, Kopenhagendə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında qərara alınmışdır. Artıq  bir əsrdən artıqdır ki, bütün  dünya ölkələri 8 Mart Beynəlxalq Qadınlar Gününü sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edirlər.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü olmaqla, bu bayram hər il respublikamızın hər yerində müəssisə və təşkilatlarda böyük təntənə ilə qeyd edilir.
Martın 7-də ənənəvi olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət  sahələrində bu əlamətdar gün münasibətilə tədbir keçirilmişdir. Tədbiri çıxış sözü ilə açan cəmiyyətin Baş direktoru Rəşad Mustafayev kollektivin qadın üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmiş, respublikamızın ictimai-siyasi həyatında, dövlət quruculuğunda və iqtisadi inkişafında qadınların rolunun olmasını xüsusilə vurğulamışdır.
Cəmiyyətin kollektivinin 30%-ni təşkil edən qadınların əməyi yüksək qiymətləndirilmiş, onlara can sağlığı, uzun ömür, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulamışdır.
Sonda Cəmiyyət rəhbərliyi tərəfindən qadın kollektivinin hər bir üzvünə tər çiçəklər və mükafat təqdim olunmuşdur. Tədbirdə iştirak edən kollektivin qadın üzvləri göstərdikləri diqqət və qayğıya görə Cəmiyyət rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.











tarix : 07.03.2024

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.