ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

22.02.2013
 QSC-nin Tullantıların emalı Departamentinin (TED) əsas fəaliyyət sahələrindən biri də ərsin parafinin sudan və mexaniki qarışıqlardan təmizlənməsidir. Bu məqsədlə, 2007-ci ildən TED -nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) müasir standartlara cavab verən və istehsal gücü bir dövr (48 saat) üçün 17 ton olan Parafin təmizləmə sexi fəaliyyət göstərir. Fəaliyyəti dövründə əsasən bp Exploration (CASPİAN sea) LTD-dən qəbul etdiyi ərsin parafinin təmizlənməsini yüksək səviyyədə həyata keçirən TED-nin 8-ci sahəsi müştəri məmnunluğunun qazanılmasına nail olmuşdur.
19.02.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrinin, eləcə də işçi personalın texniki təhlükəsizliyinin və əməyin mühafizəsinin təmin edilməsi daimi diqqət mərkəzindədir. Bu məqsədlə QSC-nin Texniki təhlükəsizlik şöbəsi plana və dərs qrafikinə uyğun olaraq mütəmadi tədbirlər həyata keçirir.
18.02.2013
Ötən illərdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Azneft" İB ilə birgə icra etdiyi önəmli layihələrdən biri də H.Z. Tağıyev adına NQÇİ-nin (Qala sahəsi) mədən ərazisində 10 hektar sahənin neftlə çirklənmədən təmizlənməsi layihəsi olmuşdur. Qeyd edək ki, layihənin icrası ilə əlaqədar 4.5 hektar sahədən 37 min m3 neftşlam çıxarılaraq bioremediasiya edilmişdir. Həmin əraziyə 37 min m3 ştib və 25 min m3 torpaq daşınaraq hamarlama işləri aparılmış, 10 mindən çox müxtəlif növ ağac və bəzək kolları əkilmişdir.
15.02.2013
QSC-də TS EN İSO 9001 Keyfiyyəti idarəetmə sisteminin, TS EN İSO 14001 Ekologiya idarəetmə sisteminin və TS İSO 18001 OHSAS Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin baş direktorunun təsdiq etdiyi qrafikə əsasən fevralın 1-dən daxili auditin keçirilməsinə başlanılmışdır.
12.02.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC də prioritet ekoloji layihələr həyata keçirilməklə yanaşı, istehsalat sahələrinin abadlaşdırılmasına və yenidənqurma işlərinin yerinə yetirilməsinə də xüsusi önəm verilir. Bu məqsədlə QSC-nin fəaliyyət göstərdiyi istehsalat sahələrində vaxtaşırı təmir-tikinti və abadlaşdırma işləri aparılır və iş şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.
06.02.2013
Son illərdə Dövlət Neft Şirkətinin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında neftlə çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiya olunmuş ərazilərdə yaşıllıq zolaqlarının salınması xüsusi əhəmiyyət kəsb edir. Ötən müddətdə ARDNŞ-nin fəaliyyət sahələrində kifayət qədər müxtəlif ağac növləri, bəzək və gül kolları əkilmiş, aqrotexniki qaydada yaşıllıq sahələri salınmışdır.
04.02.2013
2012-ci ildə, Sabunçu rayonu ərazisində respublikamız üçün mühüm infrastruktur obyektlərindən biri olan Bakı Olimpiya Stadionunun tikintisinə start verilmişdir. Bu layihənin iştirakçısı olan "Ekol Mühəndislik Xidmətləri" QSC də ötən ilin may ayından başlayaraq, stadionun tikintisi üçün ayrılmış ərazidən fekal sularının kənarlaşdırılması işlərini uğurla həyata keçirmişdir.
01.02.2013
Dinamik inkişafı və perspektivi ilə iri biznes sahələrini, eləcə də xarici sərmayələri özünə cəlb edən paytaxt Bakı iş, həyat, istirahət və əyləncələr üçün arzu olunan müasir bir şəhərə çevirilməkdədir. Bu dinamik inkişaf çərçivəsində 2010-cu ildən Bakının Xətai rayonunda yerləşən və Qara Şəhər adını daşıyan ərazidə yeni müasir mərkəzin yaradılması layihəsinin ilkin mərhələsinə başlanılmışdır. Paytaxtın yeni müasir mərkəzinə çeviriləcək və "Bakı Ağ Şəhər" adlanacaq bu layihənin icrasına dünyanın məşhur memarlıq şirkətləri cəlb olunmuşdur.
30.01.2013
Hər zaman “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin qarşısında duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində Nəqliyyat sexi mühüm rol oynamış və istehsalat proseslərinə uyğun ahəngdar fəaliyyət göstərmişdir. 2012-ci ildə də sex verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmiş, balansında olan minik və yük avtomobilləri, eləcə də xüsusi texnikalar vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli tövhələrini vermişdir.
28.01.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyin təmin olunması, qurğu və avadanlıqların daimi saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi nailiyyətlərin əldə olunmasına təsir edən əsas amillərdəndir. Buna nəzərə alan QSC-nin Elektromexanika sexinin kollektivi əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də vəzifə öhdəliklərinə layiqincə əməl edərək yüksək peşəkarlıq nümayiş etdirmişlər.
25.01.2013
Yanvarın 24-də QSC-nin baş ofisində İngiltərənin WET ( Water Engineered Technologies) şirkətinin rəhbəri Frederick Sayle ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji layihələrin İdarəedilməsi şöbəsinin rəisi Rövşən Fətullayev, eləcə də ARDNŞ-nin Ekologiya İdarəsinin, Heydər Əliyev adına BNEZ-nun, "Azərneftyağ" NEZ-nun nümayəndələri, QSC-nin rəhbərliyi və əlaqədar departament, şöbə rəisləri iştirak etmişlər.
23.01.2013
2012-ci ildə Ekoloji Monitorinq Departamenti (EMD) “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ekoloji siyasətinin həyata keçirilməsi, müqavilə əsasında "Sifarişçi" təşkilatların istehsalat sahələrində keyfiyyətli monitorinq işlərinin aparılması, ekoloji texniki normativ sənədlərin işlənib hazırlanması və analitik tədqiqat işlərinin yerinə yetirilməsi sahəsində böyük uğurlara imza atmışdır.
21.01.2013
1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçir. Ötən illərin bu gününü biz, bir qayda olaraq yalnız kədər, hüzn, matəm günü kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağrı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə, ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Həmin gün küçələri boyamış al şəhid qanı bir anlamda milli məfkurəmizin, oyanan azadlıq günəşinin qırmızı şəfəqlərinin simvoludur. Xalqımız həmin gün üstünə şığayan dəhşətli kabusa, sovet hərb maşınına sinə gərməyi və özünün mənliyini, mətnliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı öz azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının , suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.
16.01.2013
ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, torpaqların rekultivasiyası, bioremediasiyası və yaşıllaşdırma layihələrinin həyata keçirilməsi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən biridir. Bu layihələri icra edən QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) ötən illərdə olduğu kimi 2012-ci ildə də qarşıda duran vəzifələri uğurla yerinə yetirmişdir.
10.01.2013
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən olan, tullantıların emal edilməsi və zərərsizləşdirilməsi layihələrini həyata keçirən Tullantıların Emalı Departamenti (TED) 2012-ci ili uğurlu nailiyyətlərlə başa vurmuşdur.
07.01.2013
Texniki təhlükəsizlik şöbəsi 2012-ci ildə üzərinə düşən vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, QSC-nin istehsalat sahələrində Əməyin mühafizəsi və texniki təhlükəsizlik tam təmin edilmişdir.
24.12.2012
 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində iş şəraitinin yaxşılaşdırılması və istehsalatın fasiləsizliyinin təmin edilməsi məqsədilə qışa hazırlıq işləri başa çatdırılmış, qış fəslində baş verə biləcək fövqəladə halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Qışa hazırlıqla əlaqədar Tullantıların Emalı Departamentinin 6-cı və 7-ci sahələrində ötürücü boru xətlərinin və siyirtmələrin izolyasiyası, mexaniki təmizləyici qurğularda isə profilaktiki təmir işləri yerinə yetirilmişdir. İnzibati binaların iş otaqlarında, nasosxanalarda və əməliyyatçı otaqlarında isə cari və əsaslı təmir işləri görülmüşdür.
19.12.2012
  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərin bərpası üçün yeni tinglərin yetişdirilməsinə zəruri tələbat yaranmışdır. Bu ehtiyacların ödənilməsi məqsədilə, daxili imkanlar hesabına 2012-ci ilin iyun ayından başlayaraq, QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin xidmət göstərdiyi "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisindəki yaşıllıq ərazisində sahəsi 320 m2 olan yeni istixananın tikintisinə başlanılmışdır.
18.12.2012
Noyabrın 17-də Bakı İdman Oyunları Sarayında futzal üzrə Azərbaycan Çempionatının II dövrəsinin III turu keçirilmişdir. Bu turda "Ekol" MFK "Qarabağ" komandası ilə qarşılaşmış və öz rəqibini 12:1 hesabı ilə məğlub edərək növbəti qələbəsinə imza atmışdır. Hazırda "Ekol" Çempionatın turnir cədvəlində 2-ci yerə sahiblik edir.
17.12.2012
"Ekol Mühəndislik Xidmətləri" QSC-də işçilərin iş şəraitinin yaxşılaşdırılması əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Bununla əlaqədar olaraq QSC-nin istehsalat sahələrində iş yerləri sanitar normalara uyğun qaydada istilik-soyutma sistemləri və məişət avadanlıqları ilə təchiz edilmiş, işçilərin zəruri tələbatlarının ödənilməsi üçün hərtərəfli şərait yaradılmışdır.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | [54] | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.