ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

01.06.2011
     QSC-də əmək şəraitinin daha da yaxşılaşdırılması üzrə əsas təşkilatı tədbirlərdən biri də iş yerlərinin attestasiyası və istehsalat sahələrinin (sexlərin, sahələrin) sanitariya-texniki vəziyyətinin pasportlaşdırılmasıdır. Əsas məqsəd isə iş yerlərində əmək şəraitinin faktiki vəziyyətinin qüvvədə olan təhlükəsizlik normalarına, qaydalarına və standartların tələblərinə uyğun olmasını aşkar etməkdən ibarətdir.
27.05.2011
       28 may Respublika gününün 93-cü ildönümü  münasibətilə  QSC-nin baş ofisində toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev öncə toplantı iştirakçılarını Respublika günü münasibətilə təbrik edərək, azərbaycanın  şərəfli istiqlal  yolu  haqqında  geniş çıxış etdi.
26.05.2011
          Neft sənayesi müəssisələrində ətraf mühitin çirklənməsinə və ekoloji tarazlığın pozulmasına təsir göstərən əsas amillərdən biri də istehsal və emal prosesləri zamanı formalaşan neftşlamdır. Odur ki, “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyəti dövründə neftşlamın ətraf mühitə mənfi təsirinin qarşısının alınması istiqamətində ən zəruri tədbirlərin həyata keçirilməsini qarşıya məqsəd qoymuşdur. 
24.05.2011
Mayın 23-də gərgin mübarizə şəraitində keçən və maraqlı anları ilə yadda qalan futzal üzrə Azərbaycan çempionatına yekun vuruldu. Elə həmin gün çempionatın 3-sü olmaq uğrunda mübarizə aparan komandamız,  son oyunda “Azmetko” komandası  ilə görüşmüş və 6:2 hesabı ilə qələbə qazanaraq məqsədinə nail oldu.
20.05.2011
     Futzal üzrə Azərbaycan çempionatının  davam edir. Çempionatın  IV-cü turunda “Ekol” komandası “Azmetko” komandası ilə təxirə salınmış  növbəti oyununu keçirmiş  və 7: 4 hesabı ilə rəqib komandanı məğlub etmişdir.
20.05.2011
     “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin  neftqazçıxarma idarələrinin mədən ərazilərində neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası kimi prioritet ekoloji layihələr yerinə yetirməklə yanaşı, öz istehsalat sahələrində də ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.
18.05.2011
    2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC “Abşeronneft”,  “Balaxanıneft”(2-ci mədən) və Ə.Əmirov adına NQÇİ-nin  mədən ərazilərində, eləcə də Z.Tağıyev adına NQÇİ-nin  köhnə Qala yatağında neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasaiyası və landşaftın bərpası layihələrinin icrasına başlamışdır.
12.05.2011
     Öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin prioritet hədəflərindəndir. Əsas fəaliyyəti ekoloji yönümlü olduğundan ilk növbədə QSC 2007-ci ildə  İSO 14001 Ekologiya İdarəetmə Sistemini qəbul etmiş və sertifikata layiq görülmüşdür.
12.05.2011
   Futzal üzrə Azərbaycan kuboku uğrunda  uzun müddət gərgin mübarizə şəraitində davam edən  yarışların son mərhələsi nəhayət ki, mayın 11-də başa çatdı.Bu yarışların  bütün  mərhələlərində qalib olmuş  “Ekol” komandası, mayın 11-də Azərbaycan kubokunun final yarışında ötən ilin ölkə çempionu olmuş  Naxçıvanın “Araz” komandası ilə qarşılaşmışdır. ABU ARENA İdman Mərkəzindəki final görüşü olduqca gərgin mübarizə şəraitində keçdi.
10.05.2011
   Mayın 10-da xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilir. “Ekol Mühəndislik Xidmətləri” QSC-də də ildönümü ərəfəsində bir sıra tədbirlər keçirilmişdir. Bu münasibətlə QSC-də nərd turniri, iməciliklər və istehsalat sahələrində ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlər təşkil olunmuşdur. Mayın 10-da isə  QSC-nin  rəhbərliyi və kollektivin nümayəndələri  ildönümü ilə əlaqədar, Ümummilli liderin adını daşıdığı BNEZ ərazisindəki abidəsi önünə əklil və tər çiçəklər düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbir QSC-nin   baş ofisində  ulu öndərin 88-ci ildönümünə həsr olunmuş anım mərasimi  ilə davam etmişdir.
06.05.2011
   QSC-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər planını çərçivəsində   mayın  5-də QSC-də nərd turniri təşkil olunmuşdur.
06.05.2011
    Aprel ayının 27-də start verilmiş  futzal üzrə Azərbaycan kubokunun yarışları ən gərgin mərhələsinə çatıb. Bu yarışlarda uğurla iştirak edən “Ekol” komandası  bütün görüşlərini qələbə ilə başa vurub. Komandanız növbəti oyununu isə “Neftçi” İSM ilə keçirmiş  və bu qarşılaşmada da 7:5 hesabı ilə qələbə çalaraq   final mərhələsinə vəsiqə qazanmışdır.
05.05.2011
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təsisçiləri olan ARDNŞ-nin və “Lanser Services S.A.” şirkətinin  rəhbərlərinin birgə qərarına əsasən,  may ayının 4-dən  Rəşad Fail oğlu İsmayılov QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini təyin edilmişdir.
03.05.2011
      Maddi-texniki bazasının gücləndirilməsi və texniki parkının yeniləşməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC, 2011-ci ilin I-ci rübündə də müasir nəqliyyat vasitəsinin və xüsusi texnikaların alınmasını reallaşdırmışdır.
03.05.2011
Artıq on ildən  çoxdur ki, hər il may ayının 3-ü Beynəlxalq Günəş günü kimi qeyd olunur.
02.05.2011
    Yazın gəlişi  və təbiətin oyanışı ilə Respublikamızın hər yerində  ağacəkmə aksiyaları keçirilir mövcud yaşıllıqlara qulluq göstərilir. Aprelin 30-da Nizami rayonunun ərazisində də iməciliklər təşkil olunmuşdur.
29.04.2011
      Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2001-ci ildə təsis olunmuş  Ümumdünya Əməyin Mühafizəsi günü hər il aprelin 28-də  dünyanın  yüzdən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur. Bu əlamətdar gün “Ekol Mühəndislik Xidmətləri” QSC-də də hər il yüksək səviyyədə qeyd edilir. Bu il də QSC-də Əməyin Mühafizəsi gününə həsr olunmuş   təlim məşq toplantısı və yığıncaq keçirilmişdir. Tədbirlərdə QSC-nin rəhbər və mühəndis-texniki işçiləri iştirak etmişlər.
29.04.2011
    Aprelin 27-də futzal üzrə Azərbaycan kuboku  yarışlarına start verilmişdir. Elə həmin gün  kubok uğrunda mübarizəyə qatılmış  komandaların ilk oyunları keçirilmişdir.
27.04.2011
   Aprelin 27-də  QSC-nin baş ofisində Yeni Azərbaycan Partiyası Nizami rayon “Ekol” ilk ərazi təşkilatının növbəti iclası keçirilmişdir. İclasda YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva da iştirak etmişdir.
25.04.2011
    Aprelin 23-də QSC-nin istehsalat sahələrində növbəti iməcilik keçirilmişdir. İməcilikdə yenə də əsas diqqət yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə, təmizləyici qurğuların və qəza anbarlarının ətrafındakı alaq otlarının təmizlənməsinə və sahədən çıxarılmasına yönəldilmişdir.  Bununla yanaşı, iməcilikdə istehsalat sahələrində və layihə ərazilərində abadlaşdırma işləri yerinə yetirilmiş və yaşıllıqlara mövsümi aqrotexniki xidmətlər göstərilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | [66] | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.