ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

25.04.2011
   Aprelin 22-də  Qafqaz Universitetinin  İş Dünyası ilə Əlaqələr Üzrə Prorektoru Təyyar Mustafayev, Karyera Planlama Mərkəzinin müdiri İsa Qasımov QSC-nin  baş ofisində olmuş və  rəhbərliklə işgüzar görüş keçirilmişdir. Görüş Qafqaz Universiteti ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunmuşdur.
22.04.2011
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi uğurlu ekoloji layihələr, nanotexnologiyaların istehsalata tətbiqi və bu sahədə özünü inkişaf etmiş bir şirkət kimi təsdiq etməsi,  ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin, beynəlxalq təşkilatların və  səfirliklərin böyük marağına səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, son bir ildə qeyd edilən təşkilatların nümayəndələri ilə  QSC-də   tez-tez görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq münasibətləri yaradılır və xarici əlaqələri günü-gündən genişlənir.
22.04.2011
   Yaşıllıqların salınması və bitkilərə  aqrotexniki xidmətlərin göstərilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biridir. Bununla əlaqədar olaraq, bu sahənin təkmilləşdirilməsi, müasir texnologiyaların və suvarma sistemlərinin tətbiq edilməsi istiqamətində QSC-də mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
21.04.2011
     Aprelin 20-də QSC-nin baş ofisində Avstriya-Azərbaycan  Ticarət Palatasının  nümayəndələri ilə görüş keçirilmişdi. Görüşdə  Vyana şəhəri İcra Hakimiyyətinin  Beynəlxalq Koordinasiya və Strategiya Departamentinin rəisi cənab Andreas Launer, Departamentin rəis müavini, xanım Andrea Laytner, Beynəlxalq əlaqələr üzrə ekspert,  xanım  Djio Hu, Avstriya-Azərbaycan   Ticarət Palatasının  (AATP)  biznes əlaqələri üzrə meneceri, cənab Niklas Şmidmayer, AATP-nın  Azərbaycan üzrə regional meneceri cənab  Qələndər Bağırov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini  İsrafil Əliyev, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev və İctimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev iştirak etmişlər.
19.04.2011
   Aprelin 16-da Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında yaradılan “Biz Heydər Əliyev siyasi kursunu öyrənirik” məktəbinin ilk məşğələsi keçirilmişdir. Tədbirə YAP Nizami rayonu  Gənclər Təşkilatının, o cümlədən “Ekol” ilk ərazi təşkilatından  bir qrup gəncləri qatılmışlar.
19.04.2011
     Aprelin 16-da QSC-nin  kollektivinin  iştirakı ilə növbəti  iməcilik keçirilmiş və bütün istehsalat sahələri əhatə olunmuşdur. İməcilikdə əsas diqqət yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə, QSC-nin  Heydər Əliyev adına BNEZ-nun və “Azərneftyağ” NEZ-nun  ərazisindəki istehsalat sahələrində təmizləyici qurğuların və qəza anbarlarının ətrafındakı alaq otlarının təmizlənməsinə və sahədən çıxarılmasına yönəldilmişdir.
15.04.2011
    Aprelin 15-də  “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin  yaranmasının 5 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir. Öncə  ARDNŞ-nin balansında olmuş və 2009-cu ildə  QSC-nin  xidməti istifadəsinə verilmiş, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açılışı olmuşdur.
12.04.2011
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  günü-gündən inkişaf etməsi, həyata keçirdiyi prioritet ekoloji layihələr və nanotexnologiyaların istehsalata tətbiqi beynəlxalq ictimai təşkilatların və xarici dövlətlərdə fəaliyyət göstərən analoji şirkətlərin  diqqətini cəlb etməkdədir . Bununla əlaqədar olaraq, beynəlxalq ictimai təşkilatların və xarici şirkətlərin nümayəndələri ilə QSC-də vaxtaşırı görüşlər keçirilir və ikitərəfli əməkdaşlıq münasibətlərinin yaradılması sahəsində işgüzar müzakirələr aparılır.
06.04.2011
     Futzal üzrə Respublika Çempionatının III-cü dövrəsinin oyunları davam edir. Xəbər verildiyi kimi III-cü dövrənin ilk oyununu qələbə ilə başa vuran “Ekol” komandası, aprelin 2-də “Neftçi” komandası ilə görüşməli idi. Lakin  komandaların görüş qrafikində edilmiş dəyişikliklərlə əlaqədar olaraq, “Ekol” komandası çempionatın təxirə salınmış oyununu  yeni yaradılmış “Azekolab” komandası ilə keçirmişdir. Bu görüşdə komandamız 19:3 hesabı ilə qələbə qazanmışdır.
04.04.2011
    Respublikamızda  ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın  bərpası istiqamətində aparılan genişmiqyaslı tədbirlər çərçivəsində məqsədyönlü tədbirlər davam etdirilir. Hər il olduğu kimi yaz mövsümünün gəlişi ilə əlaqədar  aprelin  2-də  ARDNŞ-nin  bütün struktur bölmələrində ağacəkmə kampaniyaları və iməciliklər keçirilmişdir.
01.04.2011
   Martın 31-də QSC-nin baş ofisində Azərbaycanlıların soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir.  Mərasimdə çıxış edən  QSC-nin baş direktoru Ramil Əliyev qeyd etmişdir ki, təcavüzkar erməni millətçiləri  xalqımıza qarşı zaman-zaman etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmişdir. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan  bu mənfur siyasət, çar Rusiyası və sovet hakimiyyəti dövrümdə də ardıcıl şəkildə davam etdirilmiş, azərbaycanlıların doğma torpaqlarından qovulması, qaçqın  və köçkünə çevrilməsi ilə, eləcə də kütləvi qırğınlarla müşayiət olunmuşdur. Çirkin daşnak siyasətini həyata keçirən qəddar ermənilər  100 minlərlə günahsız  əhalini amansızcasına qətlə yetirmiş, minlərlə kəndləri viranəyə çevirib sakinləri didərgin salmışlar.
31.03.2011
   2011-ci ildə ARDNŞ-nin həyata keçirdiyi ekoloji layihələr sırasında  NQÇİ-nin mədən ərazilərində olan çirklənmiş torpaqların təmizlənməsi və neftşlamın  bioremediasiyası prioritet istiqamətlərdəndir.
18.03.2011
   Komandanın fiziki və taktiki hazırlığının artırılması məqsədilə, “Ekol” MFK Beynəlxalq Turizm Mərkəzində martın 4-dən 11-dək təlim-məşq toplantısı keçirmişdir. Təlim-məşq toplantısında nəzərdə tutulmuş proqram futbolçularımız tərəfindən tam  mənimsənilmiş və komandanın  hazırlığına öz müsbət təsirini göstərmişdir.
16.03.2011
    Ekoloji layihələrin yüksək keyfiyyətlə və  vaxtında yerinə yetirilməsi  üçün, müasir dünya standartlarına cavab verən texnika və texnologiyaların istehsalata tətbiq olunması ən əsas amillərdən biridir. Bu məqsədlə QSC-nin maddi texniki bazasının gücləndirilməsi daimi diqqət mərkəzindədir.
11.03.2011
    ARDNŞ nin həyata keçirdiyi ekoloji  layihələr ötən il, “Ekologiya ili” çərçivəsində daha geniş vüsət almış, xüsusən NQÇİ-nin mədən ərazilərində çirklənmiş torpaqların təmizlənməsi və yaşıllıqların salınması istiqamətində geniş miqyaslı tədbirlər görülmüşdür.  Bu tədbirlərin  həyata keçirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC-də yaxından iştirak etmiş, ”Azneft” İB-nin “Abşeronneft”, “Siyəzənneft”, “Balaxanıneft” və Z.Tağıyev adına Neftqazçıxarma İdarələrinin mədən ərazilərində çirklənmiş torpaqların təmizlənməsi və yaşıllıqların salınması layihələrini uğurla başa çatdırmışdır.
07.03.2011
  8-Mart iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların  beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün  bayram edilməsi K.Setkinin  təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında Kopenhagendə qərara alınmışdır. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiya 1913-cü ildə Azərbaycanda isə 1917-ci ildə qeyd  edilmişdir. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilmişdir.
04.03.2011
   Beynəlxalq Mülki Müdafiə Təşkilatının  təşəbbüsü ilə hər il bütün dünyada mart ayının ilk günü “Ümumdünya Mülki Müdafiə Günü“ qeyd olunur. Təşkilata üzv olan Azərbaycan Respublikasında da bu əlamətdar gün münasibətilə müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilir.
03.03.2011
    QSC mütəmadi olaraq nanotexnologiyaların istehsala tətbiqi  sahəsində ardıcıl tədbirlər həyata keçirir. Bu tədbirlərin məntiqi davamı olaraq, ötən ilin dekabr ayında neftşlamı 3 fazaya ayıran (neft qarışığı, su və mexaniki qarışıqlar) ən müasir qurğulardan biri, Hollandiya istehsalı,  məhsuldarlığı 20 m3/saat olan 3 fazalı modul dekantor  qurğusu alınaraq dövriyyəyə daxil edilmişdir.
02.03.2011
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin ekoloji layihələrinin uğurla  həyata keçirilməsi, xeyli dərəcədə ekoloji monitorinq işlərinin keyfiyyətlə yerinə yetirilməsindən və nəticələrin analitik təhlillərinin  müasir standartlara uyğun aparılmasından asılıdır. Bununla əlaqədar olaraq, Ekoloji monitorinq departamentinin və departamentin KTL-nın kadr potensialının və maddi texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilir.
25.02.2011
      Bəşər tarixinin ən böyük  faciələrindən biri olan Xocalı soyqırımının  19-cu il dönümü ilə əlaqədar, fevralın 25-də QSC-də geniş tədbir keçirilmiş, faciə qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | [67] | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.