ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

24.02.2011
   “Ekol  Mühəndislik  Xidmətləri” QSC  2011-ci ildə bir sıra ekoloji layihələrin həyata keçirilməsini planlaşdırır. Bu layihələr sırasında “Azneft” İB-nin “Balaxanıneft” NQÇİ-nin 2-ci mədən sahəsində həyata keçiriləcək rekultivasiya və bioremediasiya layihəsi ərazinin yaşayış məntəqələri ilə əhatə olunması baxımından xüsusilə əhəmiyyətlidir. Layihəyə “Balaxanıneft” NQÇİ-nin 2-ci mədən ərazisindəki  23.7  hektar neftlə çirklənmiş  sahələr daxildir.
21.02.2011
   “Ekol Mühəndislik Xidmətləri” QSC texnoloji proseslərin təkmilləşdirilməsi, zərərli tullantıların ətraf mühitə təsirinin minimuma endirilməsi və səmərəliliyin artırılması məqsədilə, dünyanın qabaqcıl texnika və texnologiyalarını istehsalata tətbiq edilməsi və bu sahədə tanınmış şirkətlərlə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi sahəsində ardıcıl  tədbirlər həyata keçirir.
17.02.2011
   Azərbaycan respublikası Prezidentinin son illər ekoloji  təhlükəsizliyin təmin olunması istiqamətində qəbul etdiyi qərarlar, 2010-cu ilin “Ekologiya ili” elan olunması və Abşeron yarımadası ərazisində  3 milyon ağacın əkilməsi çağırışı ilə əlaqədar, ARDNŞ-nin neft-qaz sənayesi sahələrində ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində uğurlu nailiyyətlər əldə edilmişdir.
14.02.2011
     Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasında “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respubli­kasının qanunları, həmçinin Azərbaycan Res­publikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edil­miş, “Azərbaycan  Respublikasında Ekoloji Vəziyyətin Yaxşılaşdırılmasına Dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” müstəsna rol oynayır.
09.02.2011
   “Ekol Mühəndislik Xidmətləri” QSC-də ətraf mühitin mühafizəsi sahəsində  görülən önəmli tədbirlərdən biri də istehsalat fəaliyyəti nəticəsində formalaşan xüsusi tullantıların idarə olunması və utilizasiyasıdır. Bu məqsədlə, beynəlxalq standartlara uyğun və ətraf mühitə zərər vermədən  QSC-nin istehsalat sahələrində yığılmış xüsusi tullantıların utilizasiyası vaxtaşırı olaraq yerinə yetirilir.
07.02.2011
      2010-cu il Azərbaycanın  müasir tarixində  bir  çox əlamətdar hadisələrlə yadda qaldı.  Ekologiyanın, ətraf mühitin  qorunması istiqamətində də çox mühüm  hadisələr baş verdi. Ən əsası, ölkə başçısı  İlham Əliyev cənablarının  Fərmanı ilə “Ekologiya ili” elan olunması nəticəsində, ötən il ətraf mühit  problemlərinin  həlli sahəsində həyata keçirilən böyük layihələrlə tarixə düşdü. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühit və ekoloji tarazlığın qorunması  istiqamətində geniş  miqyaslı dövlət proqramları, iri  maliyyə tutumlu layihələr həyata keçirilməyə başlandı.
31.01.2011
      İstehsalat sahələrində cari təmir, abadlaşdırma və yaşıllaşdırma işlərinin aparılması, eləcə də müəssisədə çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması QSC-nin ümumi fəaliyyət sahələrindən olmaqla, əsas ekoloji layihələrin həyata keçirilməsində də önəmli əhəmiyyət kəsb edir. Bu işləri isə  kollektivində müxtəlif peşə sahiblərini birləşdirən İnzibati təsərrüfat şöbəsi (İTŞ)  həyata keçirir.  
25.01.2011
      Artıq neft sənayesi sahələrində tullantıların idarə olunması və önəmli ekoloji layihələrin həyata keçirilməsi sahəsində özünü təsdiq etmiş “Ekol Mühəndislik Xidmətləri” QSC respublikamızda fəaliyyət göstərən xarici şirkətlərin, xüsusən BP Exploration ( Caspian Sea )” LTD-nin  tələblərinə cavab verən  bir şirkət kimi qəbul olunmuş və 2007-ci ildən başlayaraq bu şirkətlərlə əməkdaşlıq münasibətləri yaradılmışdır.
24.01.2011
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində  texniki təhlükəsizliyin təmin olunması və qəza hallarının baş verməməsi üçün mütəmadi olaraq  məqsədyönlü tədbirlər həyata keçirilir, işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizəsi üzrə biliklərinin artırılması  istiqamətində mühüm işlər görülür.
20.01.2011
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən  21  il keçir. Keçmiş sovet  imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
14.01.2011
      “Ekol Mühəndislik Xidmətləri”  QSC-də sənaye çirkab sularının təmizlənməsinin, neftşlamın emalı və zərərsizləşdirilməsinin, eləcə də parafinin təmizlənməsinin kəmiyyət və keyfiyyət göstəriciləri  istifadə etdiyi mexaniki və avtomatlaşdırılmış qurğuların, mexanizmlərin fasiləsiz və saz vəziyyətdə işləməsindən xeyli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq, QSC-nin istehsalat sahələrində istismarda olan qurğu və mexanizmlərin fasiləsiz iş rejiminin təmin olunması üçün Elektromexanika sexinin kollektivi  təmir, texniki nəzarət və profilaktika işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsini  peşəkarlıqla həyata keçirirlər.
06.01.2011
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrin keyfiyyətlə və vaxtında  icra olunmasında ekoloji monitorinq və laboratoriya tədqiqat işlərinin  nəticələri əsas faktorlardan biridir. Bunu nəzərə alaraq,  Ekoloji monitorinq departamenti (EMD) 2010-cu ildə QSC-nin  illik iş planına uyğun bütün sahələr üzrə monitorinq və tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirmiş və ötən ili uğurlu nəticələrlə yola salmışdır.
29.12.2010
      2010-cu il Azərbaycanın  müasir tarixində bir sıra nailiyyətlərlə əlamətdardır. Başa vurmaqda olduğumuz il bir  çox hadisələrlə yadda qaldı. O cümlədən, ekologiyanın, ətraf mühitin  qorunması istiqamətində çox mühüm  hadisələr baş verdi. Ən əsası, ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə “Ekologiya ili” elan olunması nəticəsində, bu il ətraf mühitin  problemlərinin  həlli sahəsində həyata keçirilən böyük layihələrlə tarixə düşdü. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühit və ekoloji tarazlığın qorunması ilə bağlı geniş  miqyaslı dövlət proqramları, iri  maliyyə tutumlu layihələr həyata keçirilməyə başlandı. Qəbul olunmuş dövlət proqramlarından irəli gələn məsələlərin həlli istiqamətində ARDNŞ-nin də qarşısında mühüm vəzifələr qoyulmuşdur.
27.12.2010
    “Ekol Mühəndislik Xidmətləri” QSC  bütün fəaliyyət sahələri ilə yanaşı öz xeyriyyəçilik missiyasını da daimi həyata keçirir, vaxtaşırı qocalar və uşaqlar evinə baş çəkir, onlara maddi və mənəvi dəstək verirlər.
23.12.2010
      “Ekol Mühəndislik Xidmətləri” QSC “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində çirklənmiş torpaqların  rekultivasiyası və bioremediasiyası layihəsini uğurla davam etdirir. Ötən ay isə QSC layihənin ikinci mərhələsinin icrasına başlamışdır.
18.12.2010
      Dekabrın 18-də  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təşəbbüsü, Nizami rayonu İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Partiyası Nizami Rayon təşkilatı fəallarının iştirakı ilə, “Ekologiya ili” çərçivəsində  Nizami rayonunda  ağacəkmə aksiyası keçirilmişdir.
17.12.2010
      Xəbər verildiyi kimi, 2010-cu ildə “Ekologiya ili” çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC  “Azneft”  İstehsalat  Birliyi ilə  “Siyəzənneft”, “Abşeronneft”, “Balaxanıneft” və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində  neftlə çirklənmiş torpaqların rekultivasiyası və neftşlamın bioremediasiyası layihələrinin icrasına başlamışdır.
15.12.2010
  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndə heyəti “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası” və Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğunun birgə təşkilatçılığı və Azərbaycanın, Qazaxıstanın iş adamlarının iştirakı ilə Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində keçirilən I biznes-forumda iştirak etmək üçün, dekabrın 8-dən 10-dək Qazaxıstanın Aktau şəhərin ezam olunmuşlar.
13.12.2010
     Dekabrın 11-də  QSC-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir. Əvvəlcə QSC-nin rəhbərliyi və kollektivin üzvləri,  Heydər Əliyevin adını daşıyan Bakı Neft Emalı Zavodunun  ərazisindəki  abidəsini ziyarət etmiş, onun  önünə əklil və tər çiçəklər düzmüşlər. Sonra  QSC-nin baş ofisində, Azərbaycan xalqının  və dövlətçiliyinin  tarixində  müstəsna xidmətləri olmuş dahi şəxsiyyət Heydər Əliyevin anım mərasimi ilə əlaqədar  toplantı keçirilmişdir.
13.12.2010
      QSC-də Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş  nərd turniri keçirilmişdir. Turnirə QSC-nin  30 nəfərədək  əməkdaşı qatılmışdır. Gərgin keçən nərd yarışlarında turnir iştirakçıları öz bacarıqlarını nümayiş etdirmiş və 1, 2, 3-cü yerlər uğrunda mübarizə aparmışlar.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | [68] | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.