ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

04.10.2010
       QSC-də əmək şəraitinin təhlükəsizlik normalarına uyğunlaşdırılması, istehsalat zədələrinin  qarşısının alınması və texniki təhlükəsizlik qaydalarına əməl olunması, bu işlərin beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi daimi diqqət mərkəzindədir.
01.10.2010
   Sentyabrın 28-də Qazaxıstanın “Manqistaumunayqaz” Səhmdar Cəmiyyətinin  nümayəndələri, Mərkəzi mühəndislik-texnoloji departamentinin direktoru Saqidolla Bijanov, Texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi departamentinin direktoru Suxeyman Mişelov “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində olmuş, QSC-nin rəhbərliyi və mütəxəssisləri ilə görüş keçirilmişdir.
29.09.2010
     Sentyabrın 24-də Hyatt Regency otelinin Şuşa zalında Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) üzvləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin görüşü olmuşdur.
27.09.2010
       “Ekol Mühəndislik Xidmətləri” QSC xeyli müddətdir ki, respublikamızda neft hasilatı ilə məşğul olan  BP Azərbaycan şirkəti ilə sıx əməkdaşlıq edir. QSC  iki dəfə BP şirkətinin “tullantıların idarə olunması” sahəsində keçirdiyi tenderlərinin qalibi olmuşdur.  2007-ci ildən başlayaraq,  müqavilə əsasında     QSC-nin “Parafinin təmizlənməsi” sexində BP Azərbaycan şirkətinin  neftin hasilatı zamanı formalaşan ərsin parafinin  təmizlənməsi uğurla həyata keçirilir.
24.09.2010
    ARDNŞ-nin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 2010-cu ildə “Ekologiya ili” çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  həyata keçirdiyi layihələrdən biri də,  “Azneft” İstehsalat Birliyi ilə bağlanmış müqavilə əsasında “Abşeronneft” NQÇİ-nin  neft, lay suları və digər tullantılarla çirklənmiş ərazisinin rekultivasiyası” layihəsidir.
21.09.2010
    Əlverişli coğrafi məkana zəngin təbii  resurslara malik olan ölkəmiz daim dünyanın diqqət mərkəzində  olub və zaman keçdikcə bu maraq daha da artır. Təbii ki, bu Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ilə bilavasitə bağlıdır. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə digər istiqamətlərdə olduğu kimi iqtisadi sahədə də inkişafın əsası qoyuldu.
17.09.2010
      Azərbaycanda  2010-cu ilin “Ekologiya İli” elan edilməsi ilə əlaqədar,  Nazirlər Kabinetinin  qərarına uyğun olaraq sentyabrın 16-da Bakıda, Heydər Əliyev adına  İdman-Konsert Kompleksində “Azərbaycan yaşıl dünya naminə -2010” adlı  beynəlxalq sərgi öz işinə başlayıb. Beynəlxalq sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi və Azərbaycan Ticarət Sənaye Palatasının təşkilatçılığı ilə keçirilir və sentyabrın 18-dək davam edəcəkdir.
13.09.2010
      Sentyabrın 8-də QSC-nin baş ofisində rəhbərliyin, departament, şöbə və sex rəislərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev  öncə tədbir iştirakçılarını müqəddəs “Ramazan” bayramı münasibəti ilə təbrik etmiş, onlara Ulu Tanrıdan can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulamışdır. Sonra Ramil Əliyev baş direktorun məsləhətçisi Kamil Akimovu ”1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 İlliyi” yubiley medalı ilə təltif olunması münasibəti ilə təbrik etmişdir. Tədbir iştirakçıları da bu təbrikə qoşulmuşlar.
08.09.2010
     Bütün İslam dünyasının, eləcə də xalqımızın ən əziz bayramlarından olan, ayların sultanı “Ramazan” bayramı Respublikamızın hər yerində olduğu kimi  sentyabrın  8-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də də təntənə ilə qeyd edilmişdir.
06.09.2010
      Xəbər verildiyi kimi,  Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin  20.10.2009-cu il tarixli, 102 saylı Sərəncamı ilə, əvvəllər ARDNŞ-nin  Ekologiya İdarəsinin  balansında olmuş,  Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanda yerləşən qeyri yaşayış sahəsi xidməti məqsədlər üçün QSC-nin istifadəsinə verilmişdir.
03.09.2010
    ARDNŞ ölkə iqtisadiyyatının inkişafındakı əvəzsiz fəaliyyəti ilə yanaşı,  müxtəlif sahələrdə mühüm  əhəmiyyətli  layihələr həyata keçirir. Bu layihələrdən biri də möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildən başlayaraq Şirkətin  Xaricdə Təhsil layihəsidir. Bu müddət ərzində respublikamızın onlarla bacarıqlı gəncləri dünyanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirirlər. ARDNŞ-nin xətti ilə 102 tələbə dünyanın  ən yaxşı ali məktəblərində təhsil alır. Bundan əlavə 50 nəfərə qədər tələbə isə ali təhsilini başa vuraraq Vətənə qayıdıb və Dövlət Neft Şirkətində işlə təmin olunublar. Hazırda  həyata keçirilən “SOCAR Yay Məktəbi” layihəsinin iştirakçıları da Şirkətin Təqaüd Proqramı əsasında  xaricdə təhsillərini başa vurub geri qayıtmış  gənclərindən ibarətdir.
01.09.2010
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların rekultivasiyası departamenti müqavilə şərtlərinə uyğun olaraq,  “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində bioremediasiya işlərinin əsas mərhələsinə başlamışdır.
30.08.2010
 “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyəti, texniki imkanları və həyata keçirdiyi ekoloji layihələrlə tanışlıq məqsədilə, ötən həftə Almaniyanın “Wintershall” şirkətinin nümayəndələri QSC-nin baş ofisində olmuş və tərəflər arasında işgüzar görüş keçirilmişdir.
27.08.2010
   Avqustun 26-da QSC-nin baş ofisində ARDNŞ-nin I-ci vitse-prezidentinin müşaviri, professor  Eldar Şahbazov başda olmaqla bir qrup əməkdaşlarla görüş keçirilmişdir. Görüşdə QSC-nin rəhbərliyi, departament rəisləri və mütəxəssislər iştirak etmişlər.
26.08.2010
    “Ekologiya İli” çərçivəsində həyata keçirilən “Balaxanıneft” NQÇİ-nin  Kürdəxanı mədən ərazisində ayrılmış, neftlə çirklənmiş sahələrin bioremediasiyası layihəsi üzrə  mövcud texnoloji  və normativ qaydalarla davam etdirilir.
23.08.2010
      Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  Nizami rayon Fövqəladə Hallar və Mülkü Müdafiə şöbəsinin  təsdiq etdiyi illik plana əsasən,  Mülkü Müdafiə Qüvvələrinin hazır vəziyyətə gətirilməsi və təchizatının  yoxlanılması üzrə avqustun 20-də QSC-nin  O.Vəliyev-1 ünvandakı istehsalat sahəsində məşq keçirilmişdir. Bununla əlaqədar QSC-nin Mülkü Müdafiə Qüvvələri ( Kəşfiyyat, Xilasetmə, Yanğınsöndürmə və s. manqalar) hazır vəziyyətə gətirilmişdir.
23.08.2010
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin maliyyə dəstəyi və Həmkarlar Komitəsinin təşkilatçılığı ilə, işçilərin  iyunun 25-dən Nabran İstirahət zonasının  “Malibu” İstirahət Mərkəzində təşkil olunmuş yay istirahəti avqust ayında başa çatmışdır.
20.08.2010
       Avqustun  18-də  YAP  Nizami rayonu “Ekol” ilk ərazi təşkilatı  fəallarının yığıncağı  keçirilmişdir.       Tədbirdə çıxış edən  YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev,  öncə respublikamızda hazırkı ictimai – siyasi vəziyyət, ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində  iqtisadi inkişaf və xarici siyasət  sahəsində əldə olunan nailiyyətlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermiş, ərazi təşkilatının YAP Nizami rayon təşkilatının ictimai-siyasi fəaliyyətindəki fəal rolundan  danışmışdır.
18.08.2010
    Avqustun 17-də, ARDNŞ tərəfindən respublikamızda qonaq olan Montana state University tələbələri üçün “Ekologiya günü” təşkil edilmişdir. Universitet tələbələri əvvəlcə  ARDNŞ-nin Ekologiya idarəsində olmuşlar. Burada qonaqlara İdarənin fəaliyyəti haqqında müfəssəl məlumatlar verilmiş, sonra onlar Xəzər rayonunun Qala qəsəbəsindəki “Ekoloji park”a gəlmişlər.
16.08.2010
   “Ekol Mühəndislik Xidmətləri” QSC   fəaliyyətində texniki təhlükəsizlik qaydalarına əməl olunması və istehsalat sahələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır və təsdiq olunmuş tədbirlər planına əsasən ardıcıl tədbirlər həyata  keçirilir. Müvafiq olaraq iyul-avqust aylarında QSC-nin Tullantıların emalı departamentinin 6-cı və 7-ci sahələrində yanğın təhlükəsizliyi ilə əlaqədar mühüm işlər yerinə yetirilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | [70] | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.