ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

26.04.2010
      “Araz” komandası UFA kuboku yarışlarına qatıldığı üçün, futzal  üzrə Respublika çempionatında  müəyyən fasilə yaranmışdır. Bu fürsətdən istifadə edən “Ekol” komandası Gürcüstanın “Alqo” İdman Klubunun dəvəti ilə Tiflis şəhərinə ezam olunmuşdur.
26.04.2010
    “Ekol Mühəndislik Xidmətləri” QSC –nin həyata keçirdiyi ekoloji layihələr təkcə Abşeron yarımadasını əhatə etmir. QSC hazırda “Ekologiya İli” çərçivəsində paytaxtdan 90 km –dən artıq bir məsafədə yerləşən  “Siyəzənneft” NQÇİ-nin   50 hektaradək mədən ərazilərində neftlə çirklənmiş sahələrin bioremediasiya işlərini  uğurla davam etdirir.
22.04.2010
       Xəbər verildiyi kimi 2010-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC “Ekologiya İli” çərçivəsində ARDNŞ-nin  “Azneft” İB və Sosial İnkişaf  İdarəsi ilə imzalanmış müqavilələrə əsasən,  Z.Tağıyev adına NQÇİ-nin ( Qala qəsəbəsi), “Abşeronneft” NQÇİ-nin (Pirallahı qəsəbəsi),  “Siyəzənneft” NQÇİ-nin (Siyəzən rayonu mədən ərazilərində bioremediasiya işlərinin aparılması, Sabunçu rayonu ərazisində (Böyük – Şor sahəsi)  olimpiya stadionunun tikintisi üçün ayrılmış sahənin çirkab sulardan, neft məhsullarından təmizlənməsi və rekultivasiyası layihələrinin  həyata keçirilməsini planlaşdırmışdır.
19.04.2010
      Aprelin 16-da  Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə QSC-nin  4 illiyinə həsr olunmuş nərd turniri keçirilmişdir.
19.04.2010
        2010-cu ildə  respublikasının hər yerində  “Ekologiya İli” çərçivəsində ətraf mühitin mühafizəsi və yaşıllıqların salınması istiqamətində  tədbirlər uğurla davam etdirilir. Bu sahədə  ARDNŞ-nin həyata keçirdiyi aksiyalar daha böyük vüsət almışdır.
14.04.2010
          Azərbaycan respublikasında  təbii ehtiyatlarından səmərəli istifadə olunması, faydalı qazıntıların  hasilatı və digər işlər zamanı  strukturu pozulmuş, zibillənmiş və çirklənmiş torpaqların bərpası  daimi dövlətin nəzarətindədir və qanunvericiliklə tənzimlənir.
08.04.2010
        Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ilin “Ekologiya İli” elan etməsi, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı iqtisadi inkişaf və tərəqqi strategiyasının məntiqi davamıdır.
06.04.2010
       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya İli” elan edilməsi ölkəmizdə ekoloji məsələlərin həllinə diqqəti daha da artırıb. İstər Bakıətrafı ərazilərdə, istərsə də bölgələrdə bu istiqamətdə həyata keçirilən tədbirlər ekoloji vəziyyətin  yaxşılaşdırılmasına yönəldilib.
05.04.2010
       Öz ətrafında işgüzar qurumları birləşdirən Xəzər-Avropa  İnteqrasiya İşgüzar Klubunun (Caspian İntegration Business Club) təşkilatçılığı ilə aprelin 02-də “Buta Palace” Konsert – Banket Kompleksində “Caspian Energy İntegration Award – 2010” mükafatının təqdimat mərasimi keçirilmişdir.
01.04.2010
        “Ekol Mühəndislik Xidmətləri” QSC-nin qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi, “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərinə yüksək səviyyədə əməl olunması və  fəaliyyətinin dünya standartları səviyyəsində qurulması məqsədilə, şirkətin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi daimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədli tədbirlər həyata keçirilir.
30.03.2010
     2010-cu ilin yanvar ayından icrasına başlanılmış Z.Tağıyev adına NQÇİ - nin mədən ərazisində aparılan şlamın bioremediasiyası işləri layihə smeta sənədləri əsasında yüksək templə yerinə yetirilir.
29.03.2010
      “Yer Saatı” hər il mart ayının axırıncı şənbə günü Dünya Yabanı Təbiət Fondu tərəfindən keçirilən bir tədbirdir. Tədbirin başlanğıcı Avstraliyanın Sidney şəhərinin 2.2 milyon əhalisinin 2007-ci ildə vacib olmayan sahələrdə elektrik enerjisinin kəsilməsi ilə qoyulmuşdur. Bu ildən etibarən tədbirə dünyanın bir çox dövlətləri və beynəlxalq təşkilatları bu aksiyaya dəstək olaraq, 1 saat ərzində bütün işıqları söndürmüşlər. 2009-cu ildə bu tədbirə dünyanın 4000-dən artıq şəhəri və 88 ölkəsi qoşulmuşdur.
18.03.2010
        Respublikamızın hər yerində yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramı böyük təntənə ilə qeyd olunur.
16.03.2010
      Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans-sərgi keçirilmişdir.
15.03.2010
      Martın 13-də Bakı İdman Oyunları Sarayında futzal üzrə Azərbaycan çempionatının 19-cu turu keçirilmişdir. Bu turda “Ekol” komandası “Neftçi” komandası ilə qarşılaşmışdır. Bu görüşdə “Ekol” öz kollektivinə çempionatın növbəti qələbə sevincini yaşatmışdır. Oyun 3:2 hesabı ilə başa çatmışdır.
15.03.2010
      Martın 12-də Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə QSC-də Novruz bayramına həsr olunmuş nərd turniri keçirilmişdir. Turnirin açılışında Baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov və Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov iştirak etmişlər. Onlar turnir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etmiş, bu turnirdə onlara uğurlar arzulamışlar.
15.03.2010
        Martın 13-də, Novruz bayramı ərəfəsində Dövlət Neft Şirkətinin idarə və müəssisələrinin kollektivləri növbəti ağacəkmə aksiyası keçirmişlər. İməciliyə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev başda olmaqla, Şirkət rəhbərliyinin nümayəndələri də qatılmışlar. Onlar “Bibiheybətneft” NQÇİ-nin neftlə çirklənmədən təmizlənmiş mədən ərazisinə gələrək iməcilik iştirakçıları ilə görüşmüş və burada ağac əkmişlər.
12.03.2010
      “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” nda ARDNŞ-nin fəaliyyət istiqamətlərindən biri də Şirkətin istehsalat sahələrində yaşıllıqların salınmasıdır.
10.03.2010
        Almaniya-Azərbaycan İqtisadi Birliyinin dəvəti ilə fevralın 28-dən martın 07-dək “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorunun ümumi işlər üzrə müavini Ramil Əliyev, Marketinq və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Rövşən Fətullayev Almaniya Federativ Respublikasının Bavariya əyalətində işgüzar səfərdə olmuşlar.
09.03.2010
      Martın 5-də “Ekol Mühəndislik Xidmətləri” QSC- nin ofisində və istehsalat sahələrində 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirilmişdir. QSC-nin rəhbərliyi bayram münasibəti ilə müəssisədə çalışan qadınları təbrik etmiş, müasir həyatımızda, dövlət quruculuğunda və ölkəmizin iqtisadi inkişafında qadınların rolu xüsusilə qeyd olunmuşdur.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | [73] | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.