ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

17.02.2016
   Tullantıların Emalı Departamentinin bütün istehsalat sahələrində (Heydər Əliyev adına NEZ-nun 9-cu sexin ərazisi) texnoloji proseslərin  təhlükəsizliyinin təmin edilməsi, təmizləyici və emal  qurğularının fasiləsiz iş rejimində işləməsi üçün vaxtlı-vaxtında profilaktiki, cari təmir işləri yerinə yetirilir. Bunları nəzərə alaraq 4 və 6 saylı istehsalat sahələrində bir sıra əhəmiyyətli tədbirlər keçirilmişdir, belə ki TED-nin 4-cü sahəsində yerləşən “Alfa Laval” şirkətinin dekanter qurğusunda təmir işləri aparılmış, borular yenisi ilə əvəz olunmuş və rəngləmə işləri aparılmış, qurğunun istismar müddətini artırılması və texniki şərtlərin təmin edilməsi məqsədilə lazımı texniki yoxlamadan keçirilərək istismara buraxılmışdır.
12.02.2016
  Əvvəlki illərdə olduğu kimi 2015-ci il ərzində Nəqliyyat sexi üzərinə düşən vəzifələri  vaxtında və keyfiyyətlə yerinə yetirmiş,  sexin  minik və yük avtomobilləri, eləcə də xüsusi texnikaları vasitəsilə   QSC-nin  həyata keçirdiyi ekoloji layihələrin icrasında  yaxından iştirak edərək  öz layiqli tövhələrini vermişdir.
05.02.2016
   “Ekol Mühəndislik Xidmətləri” QSC 2015-ci ildə bütün fəaliyyət sahələrində  uğurlu nailiyyətlər əldə etmişdir. Müəssisədə fəaliyyət göstərən Tullantıların Emalı Departamenti (TED) də “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.
01.02.2016
   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyəti sahələrindən biri də neft sənayesi sahələrində neftlə  çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması, bitkilərə aqrotexniki xidmətlərin  göstərilməsi və landşaftın bərpasından ibarətdir. Bu işlər əsasən Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  tərəfindən həyata keçirilir.
25.01.2016
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2015-ci ildə də fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər ekoloji xidmətləri həyata keçirmişdir.
22.01.2016
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamenti (TED) sənaye çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi layihələrinin   texnoloji reqlamentə uyğun həyata keçirilməsi üçün  istismarda olan  mexaniki və avtomatlaşdırılmış qurğuların daimi saz vəziyyətdə olması olduqca əhəmiyyətlidir. Bununla əlaqədar TED-nin xidmət sahələrindəki mövcud  qurğu və avadanlıqların fasiləsiz işinin təmin edilməsi məqsədilə, QSC-nin Elektromexanika sexinin peşəkar mütəxəssisləri  tərəfindən  mütəmadi olaraq profilaktiki təmir və texniki nəzarət işləri vaxtlı-vaxtında, keyfiyyətlə yerinə yetirilir.
20.01.2016
      1990-cı il 20 Yanvar hadisələrindən  26  il keçir.  Azərbaycan xalqına qarşı törədilən bu vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifə olaraq yazılmışdır.
19.01.2016
   Ekoloji  yönümlü fəaliyyət sahələri ilə məşğul olan "Ekol Mühəndislik Xidmətləri" QSC H.Əliyev adına Neft Emalı Zavodunun istehsalat sahələrində sənaye-çirkab sularının təmizlənməsi və neftşlamın emalı proseslərini daha keyfiyyətli və sifarişçi qarşısında götürülmüş bütün öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə geniş miqyaslı tədbirlər davam edilməkdədir.
11.01.2016
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi ərazisində texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab sularının təmizlənməsidir. Sənaye-çirkab sularının müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. Belə ki, QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində 5 saylı əlavə çökdürücü gölün neftşlamdan təmizlənməsinə start verilmişdir. Çökdürücü göllərin vaxtaşırı təmizlənməsində əsas məqsəd bütün təmizləmə proseslərinin keyfiyyətinin artırılması və sifarişçi qarşısında götürülən öhdəliklərin daha da yüksək səviyyədə həyata keçirilməsidir.
05.01.2016
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində, texnoloji prosesə nəzarəti, avadanlıqların dayanıqlı, fasiləsiz iş rejimini və nəqliyyatın  daim saz vəziyyətdə olmasını  həyata keçirmək üçün ölçmə vasitələrinin müqayisəli yoxlanması aparılmışdır. Bu məqsədlə “Ekol Mühəndislik Xidmətləri” QSC və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, “AZE TEST Təcrübə-sınaq” MMC ilə müqavilə bağlanmış və ölçmə vasitələrinin müqayisəli yoxlanması həyata keçirilmişdir.
17.12.2015
Cari ilin qış mövsümündə “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin xidmət sahələrində  obyektlərin və inzibati binaların qışa hazırlığının, işçilərin iş şəraitinin yaxşılaşdırılmasının  və  xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə,  təsdiq olunmuş "Qış  mövsümünə hazırlıq  tədbirlər planı” nın  icrası  başa çatmışdır.
12.12.2015
  12 dekabr  ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb.  Hər il, 12 dekabrda  xalqımız  bu dahi insanın əziz  xatirəsini  böyük  ehtiramla yad  edir, təntənəli anım mərasimləri keçirilir.
10.12.2015
        Hava şəraitinin dəyişkən keçməsi və qış mövsümü ilə əlaqədar olaraq, sənaye-çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərinin fasiləsizliyinin təmin olunması məqsədilə, istehsalat sahələrində qışa hazırlıq tədbirləri həyata keçirilmişdir.  
10.12.2015
       2015-ci ilin  dekabr ayının 9-da Gənclik İdman Kompleksində "Ekol" mini futbol komandası  "Sabirabad EK"  rəqib komandanı 6:1 hesabı ilə məğlub etmişdir.
04.12.2015
Qış mövsümü ilə əlaqədar olaraq "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində  texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi məqsədilə, təsdiq olunmuş "Qışa hazırlıq tədbirlər planı"nın icrası davam etdirilir.
02.12.2015
          "Ekol Mühəndislik  Xidmətləri" QSC-də çalışan işçilərin bilik səviyyələrinin yoxlanılması və ixtisasına müvafiq olaraq onların tutduqları vəzifələrə uyğunluğunun aşkara çıxarılması məqsədilə, QSC-nin baş direktorunun müvafiq əmri ilə 01.12.2015-ci il tarixindən rəhbər işçilərin, mütəxəssislərin və qulluqçuların attestasiyasına başlanmışdır. 
29.11.2015
Payız mövsümü ilə əlaqədar noyabrın 28-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün istehsalat sahələrində abadlaşdırma məqsədilə iməcilik keçirilmişdir. İməcilikdə əsas diqqət yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə təmizləyici qurğuların və anbarların ətrafındakı alaq otlarının təmizlənməsinə və sahədən çıxarılmasına yönəldilmişdir.
26.11.2015
             Noyabr ayının  23-də  Bakı şəhərinin “Boulevard Hotel”də Alman-Azərbaycan Xarici Ticarət Palatasının  təşkil etdiyi “15-ci Alman-Azərbaycan İqtisadi Forum”da, respublikamızda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərlə birlikdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndələri də iştirak etmişlər. Tədbirdə QSC-ni, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev və Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov təmsil etmişlər.
24.11.2015
          “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun 05 noyabr    2015-ci il tarixli, 02/S saylı Sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, QSC-də çalışan mühəndis texniki işçilər  “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən noyabrın 23-dən biliklərinin yoxlanılması üzrə imtahana başlanmışdır.
18.11.2015
           “ Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə,  “ Bakı Ekspo Mərkəzi" -ndə  ətraf mühitin  mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 6-cı Beynəlxalq Ətraf  Mühit Sərgisi  noyabrın 18-də öz işinə başlamışdır.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | [38] | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.