ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

17.09.2013
      Son 10 ildə ölkədə yüksək iqtisadi inkişaf templəri müşahidə olunmuş, Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyasiyası tərəfindən  2008-ci ildə dərc olunmuş "Doing Business 2009" hesabatında ilin islahatçı ölkəsi elan edilmişdir. 2009-cu ilin yekunlarına görə Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına, 2010-cu ildə isə BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatında "yüksək insan inkişafı" ölkələri qrupuna yüksəlmişdir. Beləliklə Azərbaycan bazar iqtisadiyyatına keçid dövrünü tamamlayaraq, inkişafın növbəti mərhələsinə qədəm qoymuşdur.
13.09.2013
Sentyabrın 12-də QSC-nin baş ofisində Fransanın Antea Group şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarəolunması şöbəsinin rəisi Rövşən Fətullayev, QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, ARDNŞ-nin Ekologiya İdarəsinin, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri iştirak etmişlər.
10.09.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-də "Kollektiv əmək müqaviləsi"nin şərtlərinə uyğun olaraq işçilərin yay istirahətlərinin səmərəli təşkili istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Hər il işçilərin yay istirahəti respublikamızın müxtəlif dilbər guşələrində yerləşən istirahət mərkəzlərində təşkil olunur.
04.09.2013
İSO-9001, İSO-14001 və OHSAS-18001 beynəlxalq standartlarının tələbləri səviyyəsində fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC prioritet ekoloji layihələr həyata keçirməklə yanaşı, ətraf mühitə zərər vermədən öz istehsalat sahələrində formalaşan tullantıların idarə olunmasına və utilizasiyasına da xüsusi önəm verir. Bu məqsədlə QSC-də formalaşan, istifadəsi başa çatmış avtomobil şinləri, akkumulyatorlar, lümünises lampalar, məişət elektrik cihazları, kartriclər, printerlər, faks aparatı üçün lentlər və s. xüsusi tullantıların utilizasiyası vaxtaşırı olaraq həyata keçirilir.
29.08.2013
Respublikamızda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin müraciətinə əsasən, avqustun 28-də M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin, Bakı filialının kimya fakültəsinin IV-cü kurs tələbələrinin "Ekol Mühəndislik Xidmətləri" QSC-də istehsalat təcrübəsinə başlamışlar. QSC-nin Ekoloji Monitorinq Departamentinin rəisi, istehsalat-təcrübə rəhbəri Şahabiddin Albuşov tələbələrə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yaranma tarixi, maddi-texniki bazası əsas fəaliyyət sahələri və həyata keçirdiyi ekoloji layihələr haqqında geniş məlumat vermişdir.
23.08.2013
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istifadəsində olan inzibati və məişət binalarının, eləcə də istehsalat obyektlərinin sanitar-texniki normalara uyğun istismar olunması məqsədilə bu tikililərdə mütəmadi olaraq cari və əsaslı təmir işləri həyata keçirilir. 2013-cü ildə də bu işlərə xüsusi diqqət yetirilir. Cari ildə QSC-nin O. Vəliyev 1 ünvanda yerləşən inzibati və məişət binalarında, yeməkxanada, əməliyyat otaqlarında, digər obyektlərdə təmir işləri yüksək keyfiyyətlə yerinə yetirilərək işçilərin istifadəsinə verilmişdir.
20.08.2013
QSC-nin istehsalat sahələrində iş şəraitinin və ekoloji vəziyyətin yaxşılaşdırılması, işçilərdə estetik təsirin gücləndirilməsi vacib bir amil kimi həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə, QSC-nin istehsalat sahələrində zərərli maddələrin təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və inkişaf etdirilməsi işləri günü-gündən genişlənməkdədir.
16.08.2013
Son illərdə ARDNŞ-nin neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planı çərçivəsində H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində də önəmli ekoloji layihələr həyata keçirilir. Bu layihələrin icra olunmasında isə əsas "Podratçı" qismində "Ekol Mühəndislik Xidmətləri" QSC iştirak edir.
13.08.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların daim işlək vəziyyətdə olması məqsədilə, Elektromexanika Sexi əvvəlki illərdə olduğu kimi cari ilin müvafiq dövründə də məqsədyönlü fəaliyyət göstərmişdir.
07.08.2013
Xeyir-bərəkətlə dolu Ramazan ayını başa vururuq. Avqustun 8-9-da Ramazan–Fitr bayramı dünya müsəlmanları tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur. Bu müqəddəs bayramın əsl mahiyyəti ilk növbədə insan ruhunun yeniləşməsi, saflaşması, ilahi ab-havaya qərq olması ilə bağlıdır.
05.08.2013
"Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı çərçivəsində Bakı Ağ Şəhər layihəsi uğurla həyata keçirilir. Bununla əlaqədar olaraq, ARDNŞ-nin Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun layihə ərazisindəki köhnə sənaye obyektlərinin ləğv olunması, neftşlamın və neftlə çirklənmiş torpaqların ərazidən daşınması işləri də yüksək templə davam etdirilir.
01.08.2013
Xəbər verildiyi kimi "Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçilərin iş və sosial şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində, ötən ay QSC-nin O.Vəliyev 1 ünvanda yerləşən yeməkxanasında əsaslı təmir işlərinə başlanılmışdır. İyulun sonunda isə təmir işləri yüksək səviyyədə başa çatdırılmış, yeməkxana yeni mətbəx avadanlıqları ilə təmin edilərək avqustun 1-dən yenidən işçilərin istifadəsinə verilmişdir.
01.08.2013
Respublikamızın neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ARDNŞ-nin "Ekol Mühəndislik Xidmətləri" QSC-nin qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar olaraq neftşlamın emalı və zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların və sənaye-çirkab, axıntı suların təmizlənməsi sahəsində yeni texnika və texnologiyaların axtarışları davam edir. Bu məqsədlə dünya dövlətlərinin analoji şirkətləri ilə mütəmadi görüşlər keçirilir və əməkdaşlıq əlaqələri yaradılır. Növbəti görüş isə iyulun 31-də, QSC-nin baş ofisində ABŞ-nın "KMT İNTERNATİONAL, İNC" Şirkətinin fəaliyyətini Azərbaycanda həyata keçirməyə səlahiyyətli Azərbaycan Nümayəndəliyi ("ENER SERVE" MMC) ilə görüş keçirilmişdir.
31.07.2013
Öz fəaliyyətini beynəlxalq standartların tələbləri səviyyəsində quran "Ekol Mühəndislik Xidmətləri" QSC-də əməyin mühafizəsinə, işçilərin sağlamlığının qorunmasına, əmək şəraitinin yaxşılaşdırılmasına və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına daimi diqqət yetirilir.
29.07.2013
     ARDNŞ  respublikamızda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələri ilə Əməkdaşlıq Memorandumu  imzalamışdır. Memorandumun protokol qaydalarına əsasən, ali təhsil  müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə  istehsalata tətbiq edilmiş yeni texnika və texnologiyaların mənimsənilməsi, neft sənayesi və ekologiya sahəsində qazanılmış təcrübədən  tələbə və müəllim heyətinin yararlanması,  təhsil müəssisələrində əldə olunmuş elmi-texniki nailiyyətlərin istehsalatda tətbiqi sahələrinin müəyyən edilməsi, eyni zamanda tələbələrdə təcrübi biliklərə marağın artırılması istiqamətində tədbirlər davam edir.
26.07.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biri də işçilərin iş və məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahəyə daimi böyük önəm verilir. QSC-nin istehsalat sahələrində yeni sosial obyektlər inşa edilməklə yanaşı inzibati, məişət və yardımçı binalarda mütəmadi olaraq təmir və yenidənqurma işləri aparılır, ərazilər abadlaşdırılır və yaşıllaşdırma tədbirləri həyata keçirilir.
24.07.2013
2013-cü ildə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi ekoloji layihələrdən biri də Heydər Əliyev adına BNEZ-nun 1 saylı sexinin sahəsindəki (Sabunçu rayonu, Böyük-Şor sahəsi) neftlə çirklənmiş torpaqların daşınması layihəsi olmuşdur.
22.07.2013
İyulun 20-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilikdə QSC kollektivinin çoxsaylı üzvləri iştirak etmiş və bütün xidmət sahələri əhatə olunmuşdur.
19.07.2013
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) ötən illərdə olduğu kimi, 2013-cü ilin I yarısında da "Sifarişçi" təşkilatlara monitorinq işlərinin aparılması, ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması və analitik tədqiqat işlərinin yerinə yetirilməsi sahəsində yüksək səviyyəli xidmətlər göstərmişdir .
18.07.2013
ARDNŞ-nin fəaliyyət sahələrində mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində qarşıya qoyulan məsələlərin həyata keçirilməsi məqsədilə, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yeni texnologiyarın və müasir qurumların əldə olunması üçün dünyanın inkişaf etmiş dövlətlərində fəaliyyət göstərən analoji şirkətlərlə əməkdaşlıq əlaqələri davam etdirilir. Bu əməkdaşlıq əlaqələrinin məntiqi davamı olaraq iyunun 17-də QSC-nin baş ofisində Birləşmiş Ərəb Əmirliklərinin "MOHAMED AL OTAİBA GROUP" Şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüş Azərbaycanda fəaliyyət göstərən Əməliyyat Şirkətlərinin mədən ərazilərində formalaşan lay sularının idarə olunmasına və təmizlənməsinə həsr olunmuşdur.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | [50] | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.