ekol.az
← Vakansiyalara qayıt

Maliyyə Analitiki

Maliyyə • Bakı, Azərbaycan • Tam ştat

"Ekol Mühəndislik Xidmətləri" QSC komandamıza "Maliyyə Analitiki" axtarırıq!
Bu vəzifə şirkətin maliyyə fəaliyyətinin təhlili, büdcə planlaşdırılması və strateji qərarların qəbulunu dəstəkləyən analitik hesabatların hazırlanmasında iştirak etmək imkanı yaradır.

Biz təklif edirik:
Şirkət tərəfindən təmin olunan nahar
Könüllü tibbi sığorta
İşçilər üçün servis nəqliyyatı
Müraciət üçün: CV-nizi mövzu sətrində “Maliyyə Analitiki” qeyd edərək hr.group@ekol.az ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 12 iyun 2026.

Vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə göstəricilərinin təhlilini aparmaq və müvafiq hesabatlar hazırlamaq
  • Büdcə planlaşdırılması və büdcə icrasının monitorinqində iştirak etmək
  • Gəlir, xərc və rentabellik analizləri aparmaq
  • Maliyyə modelləri və proqnozlar hazırlamaq
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına dəstək vermək
  • Faktiki göstəricilərin büdcə və proqnozlarla müqayisəli təhlilini həyata keçirmək
  • Maliyyə risklərini müəyyən etmək və optimallaşdırma imkanları üzrə təkliflər vermək
  • Rəhbərlik üçün təqdimatlar, analitik arayışlar və qərarverməni dəstəkləyən məlumatlar hazırlamaq
  • Müxtəlif departamentlərlə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək
  • Maliyyə proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Maliyyə analitikası, büdcələmə və ya maliyyə planlaşdırılması sahəsində minimum 2-3 il iş təcrübəsi
  • Maliyyə hesabatları və maliyyə təhlili metodologiyaları üzrə biliklər və/və ya müvafiq sertifikatlar
  • Excel proqramını yüksək səviyyədə bilmək
  • Power BI və ya digər analitik alətlərlə işləmək bacarığı üstünlük hesab olunur
  • Azərbaycan dili üzrə sərbəst bilik, ingilis dili biliyi üstünlük hesab edilir
  • Analitik düşünmə, problem həll etmə və təqdimat bacarıqları
  • Məsuliyyətlilik, detallara diqqət və nəticəyönümlülük

Bu vakansiyaya müraciət et