ekol.az

Yaşıl gələcək ekoloji tarazlıq

Ekol ətraf mühitin monitorinqi, sanitariya xidmətlərinin təşkili, tullantıların idarə edilməsi və yaşıllaşdırma həllərinin tətbiqi sahəsində fəaliyyət göstərir.

Vakansiyalara baxmaq Şirkət xəbərləri

Biz kimik

Ekol haqqında

“Ekol Mühəndislik Xidmətləri” QSC 2006-cı ildən etibarən fəaliyyət göstərən, SOCAR-a 100% məxsus törəmə müəssisədir. Şirkətimiz ətraf mühitin mühafizəsi sahəsində ixtisaslaşmış qurum kimi ekoloji təhlükəsizliyin təmin edilməsini, təbii ehtiyatlardan səmərəli istifadənin təşviqini və davamlı inkişaf prinsiplərinə töhfə verməyi əsas məqsəd olaraq müəyyən edərək, yerli və beynəlxalq layihələrin icrasını həyata keçirir.

Ətraf mühitin monitorinqi
İnteqrasiya edilmiş elmi tədqiqat laboratoriyası
Ətraf mühitin abadlaşdırılması xidmətləri
Dezinfeksiya xidmətləri
Tullantıların emalı və idarə edilməsi
ekol.az

“Ekol Mühəndislik Xidmətləri QSC olaraq biz yalnız ətraf mühitin qorunmasına deyil, həm də ölkəmizin ekoloji dayanıqlığında öncül rol oynayırıq. Hər layihəmizdə innovativ yanaşmaları tətbiq edərək, ekoloji təhlükəsizliyi, təbii resursların səmərəli istifadəsini və müasir texnologiyaların istifadəsini təmin edirik. Peşəkar komandamızın səyləri ilə qoyduğumuz məqsədləri aşır, tərəfdaşlarımız və cəmiyyət üçün real dəyər yaradırıq.

Ekol Mühəndislik Xidmətləri QSC etibarlı tərəfdaş, qabaqcıl innovasiya mərkəzi olaraq həm yerli, həm də beynəlxalq səviyyədə nüfuzunu artırmaqda davam edir. Bizim missiyamız təkcə layihələri icra etmək deyil, həm də gələcək nəsillərə yaşıl, təhlükəsiz və davamlı bir mühit miras qoymaqdır.

Biz inanırıq ki, ekoloji şüurun artırılması, mühitin qorunması və resurslardan səmərəli istifadə yalnız texnologiya ilə deyil, həm də insan faktoru və davamlı təşəbbüslərlə mümkündür.

Hörmətlə,
Ayxan Əliyev
Baş Direktor

Komandamıza qoşulun

Ümumi • Bakı, Azərbaycan

“Ekol Mühəndislik Xidmətləri” QSC komandamıza Hüquq məsləhətçisi axtarırıq! Bu vəzifə şirkətimizdə hüquqi proseslərin səmərəli təşkili və fəaliyyətin qanunvericiliyə uyğun şəkildə...

Ətraflı məlumat