Layihələr
Layihənin adına klikləyin — detallar açılacaq.
Ağ şəhər layihəsi
2010–2014-cü illər ərzində “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən ARDNŞ-nin sifarişi əsasında bir sıra əhəmiyyətli işlər yerinə yetirilmişdir. 2010-cu ilin yanvar ayından keçmiş “Azərneftyağ” Neft Emalı Zavodunun 19 saylı sexində, 2013-cü ilin mart ayından isə H.Əliyev adına Neft Emalı Zavodunun 7 saylı sexinin 5-ci stansiya ərazisində neft şlamı və neftlə çirklənmiş torpaqların daşınması işlərinə başlanılmışdır. 2014-cü il sentyabr ayının 1-nə qədər olan dövr ərzində ümumilikdə 56 261 m³ neft şlamı anbarlaşdırılaraq emal olunmuşdur. Eyni zamanda, 294725 m³ həcmində çirkab su sahədən kənarlaşdırılmış və zərərsizləşdirilmişdir. Bu müddət ərzində 3321607,7 m³ həcmində neftlə çirklənmiş torpaq xüsusi əraziyə daşınaraq, gələcəkdə təmizlənməsi məqsədilə saxlanılmışdır. Aparılan bütün bu işlər nəticəsində ümumilikdə 44,3 hektar ərazi neft və digər çirkləndirici maddələrdən təmizlənmişdir.
Özbək layihəsi
2024-cü ilin may ayının 10-dan etibarən 27 gün müddətində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 64 ünvanında yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodunun 1.5 ha (1.1ha+0.4ha) ərazisində tullantıların idarə olunması ilə bağlı kompleks təmizləmə işləri həyata keçirilmişdir. Layihə çərçivəsində çənlərdə toplanmış neft şlamının çıxarılması, yüklənməsi, daşınması və emal edilərək utilizasiyası, həmçinin bu proseslər zamanı formalaşan çirkab suların daşınması və zərərsizləşdirilməsi təmin olunmuşdur. Eyni zamanda, şlamların hazırlanması zamanı ətraf mühitə yayılan çirklənmiş tullantılar (daş, taxta, plastik və s.) və şlamdan əlavə torpaq qatında yaranmış çirklənmiş hissələrin toplanması, daşınması və utilizasiyası xidmətləri yerinə yetirilmişdir.
Baku Marriott Hotel Boulevard layihəsi
SOCAR ilə Ekol arasında bağlanmış 01-24/05-17/13 saylı, 04.04.2024-cü il tarixli podrat müqavilə əsasında Bakı şəhəri ərazisində, “Ağ Şəhər” Bulvarının şərq istiqamətində “Baku Marriott Hotel Boulevard”ın yaxınlığında yerləşən neftlə çirklənmiş ərazinin 7,89 ha sahəsində mexaniki rekultivasiya xidmətləri yerinə yetirilmişdir.
Bibiheybət layihəsi
SOCAR və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin birgə təşkilatçılığı ilə Bibiheybət ərazisində, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” kampaniyası çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Tədbirdə SOCAR-ın vitse-prezidenti, Ekol-un baş direktoru, SOCAR-ın könüllüləri və digər çoxsaylı iştirakçılar iştirak ediblər. Təxminən 300 ağac əkilib. Aksiyanın əsas məqsədi yaşıllıqların artırılması, ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsinin təşviqidir.
Zəfər parkı layihəsi
Neftlə çirklənmiş ərazilərdə ətraf mühitin və canlıların təhlükəsizliyinin təmin olunması məqsədilə 14 gölün ətrafının hasarlanması həyata keçirilmişdir. Ümumi uzunluğu 19 451 metr olan hasarlama işləri aparılmışdır. Bu tədbirlər çirklənmiş ərazilərə nəzarətsiz girişin qarşısının alınması və ətraf mühitin qorunması məqsədi daşıyırdı. Layihə “Ekol Mühəndislik Xidmətləri” QSC və “Amina S” şirkəti tərəfindən birgə icra olunmuşdur.
Abşeronneft layihəsi
SOCAR-ın “Azneft” İB ilə “EKOL Mühəndislik Xidmətləri” QSC arasında 133/XM/2024 saylı, 27.03.2024-cü il tarixli müqavilənin icrası ilə bağlı “Abşeronneft” NQÇİ-nin 45 ha ərazilərində rekultivasiya xidmətləri yerinə yetirilmişdir.
Amirov layihəsi
SOCAR-ın “Azneft” İB ilə “EKOL Mühəndislik Xidmətləri” QSC arasında 133/XM/2024 saylı, 27.03.2024-cü il tarixli müqavilənin icrası ilə bağlı Ə.C.Əmirov adına NQÇİ-nin 8 ha ərazisində rekultivasiya xidmətləri yerinə yetirilmişdir.