İnteqrasiya edilmiş elmi tədqiqat laboratoriyası










Kompleks ekoloji monitorinq aparılmasında
Dənizdə və quruda kompleks ekoloji monitorinqlər zamanı götürülmüş müxtəlif növ nümunələrdə laborator təhlillərin aparılması.
İlkin vəziyyətin qiymətləndirilməsi
Ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi prosesi zamanı laborator ölçmələrin aparılması.
Neft dağılmalarına reaksiya və laboratoriya analizi
Neft dağılmaları zamanı laboratoriya idarəetmə sisteminin tələbləri üzrə işlərin aparılması.
Kompleks laboratoriya xidmətləri
Müxtəlif təşkilatlarla bağlanmış müqavilələr əsasında kompleks laboratoriya xidmətlərinin göstərilməsi (içməli və digər məqsədlərlə istifadəsi nəzərdə tutulan su, torpaq, müxtəlif növ süxurlar, neft-neft məhsulları, təbii qaz, hava, müxtəlif növ istehsalat tullantıları və s. nümunələrdə). Analizlər beynəlxalq standartlara uyğun metodikalar əsasında həyata keçirilir, keyfiyyətə nəzarət prosedurları tətbiq olunur və nəticələr rəsmi hesabat formasında təqdim edilir. Bu xidmətlər sənaye, tikinti, enerji və digər sahələr üzrə ekoloji uyğunluğun təmin edilməsinə dəstək verir.
Şikayət məktublarının araşdırılması
Şikayət məktublarının araşdırılması məqsədilə laborator ölçmələrin aparılması. Vətəndaşlar və təşkilatlar tərəfindən daxil olmuş müraciətlər əsasında əraziyə baxış keçirilir, müvafiq nümunələr götürülür və laborator analizlər icra olunur. Nəticələr əsasında çirklənmə faktı, normativ göstəricilərdən kənaraçıxma halları və mümkün təsir mənbələri müəyyən edilərək rəsmi rəy hazırlanır.
Laborator analizlərin növləri:
Biogen maddələrin analizi – Suda və qruntda biogen maddələrin, fenolların və pestisidlərin analizləri aparılır. Ekosistemlərin sağlamlığına dair məlumat verilir.
Metalların təyini – Suda, dib çöküntülərində, bərk-maye şkilində olan nümunələrdə və orqanizmlərdə metalların analizi.
Fiziki-kimyəvi parametrlərin təyini – Ekoloji balansın qorunması üçün suda və qruntda fiziki-kimyəvi parametrlərin tədbiqi.
Xromatoqrafik analiz –Neft-neft məhsullarının component tərkibi, atmosfer, təbii qazlar, su və dib çöküntülərinin xromatoqrafik üsul ilə analizləri (çirklənmənin aşkarlanmasında istifadə olunur).