ekol.az
← Xəbərlərə qayıt

Əməkdaşlarla işgüzar görüş

Fevral 16, 2026

Ekolda əməkdaşlarla açıq dialoqun gücləndirilməsi və daxili kommunikasiya mühitinin daha da inkişaf etdirilməsi məqsədilə 16 fevral 2026-cı il tarixində Baş direktor cənab Ayxan Əliyevin iştirakı ilə Eko Parkda kommunikasiya görüşü təşkil olunmuşdur.

Görüşün əsas məqsədi əməkdaşlarla rəhbərlik arasında birbaşa və açıq ünsiyyət platforması yaratmaq, onların fikir və təkliflərini dinləmək, həmçinin şirkətdə həyata keçirilən dəyişikliklər və yeniliklər barədə məlumatlandırmanı təmin etmək olmuşdur. Tədbir çərçivəsində Baş direktor cənab Ayxan Əliyev çıxış edərək effektiv kommunikasiya, əməkdaş məmnuniyyəti və komanda ruhunun gücləndirilməsinin təşkilatın davamlı inkişafında mühüm rol oynadığını vurğulamışdır.

Görüş zamanı əməkdaşlar müxtəlif məsələlər üzrə öz fikir və təkliflərini səsləndirmiş, onları maraqlandıran sualları birbaşa rəhbərliyə ünvanlamışlar. Səsləndirilən bütün suallar ətraflı şəkildə cavablandırılmış, mövcud məsələlərə dair izahatlar verilmişdir.

Bununla yanaşı, şirkətdə həyata keçirilən dəyişikliklər, cari fəaliyyət istiqamətləri və gələcək planlar barədə iştirakçılara geniş məlumat təqdim olunmuşdur. Qeyd olunmuşdur ki, innovativ yanaşmaların tətbiqi, davamlı təkmilləşmə və çevik idarəetmə prinsipləri şirkətin strateji inkişafının əsasını təşkil edir.

Görüşün interaktiv formatda təşkili əməkdaşlarla rəhbərlik arasında açıq və konstruktiv dialoqun formalaşmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və korporativ mədəniyyətin daha da inkişafına müsbət təsir göstərmişdir. İştirakçılar bu kimi təşəbbüslərin şəffaflığın artırılması və əməkdaşların motivasiyasının yüksəldilməsi baxımından əhəmiyyətini xüsusi qeyd etmişlər.

Sonda bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanmış və gələcəkdə də əməkdaşlarla açıq dialoqun davam etdiriləcəyi bildirilmişdir.