Erkin Nəsirli
Nəsirli Erkin Yasin oğlu 12.04.1990-cı ildə anadan olmuşdur. 2007-2011 illər ərzində ABŞ Pensilvaniya Dövlət Universitetində maliyyə ixtisası üzrə bakalavr, 2011-2012-ci illərdə London Siti Universitetində menecment (investisiya üzrə) ixtisası üzrə magistr təhsili almışdır.
Əmək fəaliyyətinə 2008-ci ildə “Əmrahbank” SB-nin Nəsimi filialında Maliyyə kredit şöbəsində iqtisadçı olaraq başlamışdır. 2013-2015-ci illərdə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə” Atletlər kəndi və oyun xidmətlərinin inteqrasiyası işləri, məkanların tərtibi və xarici görüş üzrə menecer və Bakı olimpiya stadionunun baş meneceri vəzifəsində işləmişdir. 2015-cı ildən 2016-cı ilədək “Bakı Grand Prix” Şirkəti, Hökümətlə əlaqələr, Protokol və Təhlükəsizlik şöbəsi,Təhlükəsizlik və Protokol üzrə koordinatoru vəzifəsində işləmişdir. 2016-cı ildə “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”, Hökümətlə əlaqələr, Protokol və Təhlükəsizlik şöbəsi, Təhlükəsizlik və Protokol üzrə meneceri vəzifəsində işləmişdir. 2016-2018-ci illərdə “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”, Şəhər Əməliyyatları və təhlükəsizlik şöbəsi, Təhlükəsizlik və şəhər əməliyyatları üzrə menecer vəzifəsində işləmişdir. 2018-2022-ci illərdə “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”, Şəhər əməliyyatları və təhlükəsizlik şöbəsində, rəhbər müavini vəzifəsində işləmişdir. 2023-2024-cü illərdə SOCAR, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Marketinq və biznesin inkişafı şöbəsində ekspert vəzifəsində işləmişdir. 2024-2025-ci illərdə SOCAR Baş ofis, Xidmətlər seqmenti, Xidmətlərin idarəedilməsi departamenti, Texniki xidmətlərin və əməliyyatların tənzimlənməsi şöbəsinin, böyük mühəndisi vəzifəsində işləmişdir. 2025-ci ildə SOCAR Baş ofis, Xidmətlər seqmenti, Xidmətlərin idarəedilməsi departamenti, Texniki xidmətlərin və əməliyyatların tənzimlənməsi şöbəsinə rəisi vəzifəsində işləmişdir. 2025-ci ilin iyul ayında “Ekol Mühəndislik Xidmətləri” QSC-də Baş direktorun müşaviri vəzifəsinə təyin edilmişdir.
2026-cı ilin 13 may tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorun müavini vəzifəsinə təyin edilmişdir.