ekol.az
← Rəhbərliyə qayıt

Əliş Ləmbəranski

Ləmbəranski Əliş Cəmil oğlu 24.12.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010–2014-cü illərdə Kanadanın “University of Calgary” universitetində Elektrik mühəndisliyi ixtisası üzrə təhsil almış və bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2024–2025-ci illərdə Böyük Britaniyanın “Imperial College London” universitetində Davamlı Enerji ixtisası üzrə magistr dərəcəsini almışdır.

Əmək fəaliyyətinə 2014-cü ildə SOCAR-ın OGPC layihəsində elektrik mühəndisi vəzifəsində başlayıb. 2015-ci ildə Yaponiyanın “JGC Holdings Corporation” şirkətində 10 aylıq istehsalat təcrübəsi proqramında iştirak edib. 2015–2018-ci illərdə SOCAR-ın Baş ofisində elektrik mühəndisi vəzifəsində çalışmışdır. 2018–2020-ci illərdə “SOCAR Foster Wheeler” şirkətində aparıcı elektrik mühəndisi vəzifəsində işləmişdir. 2020–2024-cü illərdə “SOCAR Downstream” şirkətində baş elektrik mühəndisi vəzifəsində işləmişdir. 2024-cü ildə “SOCAR Green” şirkətində Mühəndislik və Tikinti Departamentinin rəhbəri vəzifəsində işləmişdir.

2025-ci ilin dekabr ayından etibarən “EKOL Mühəndislik Xidmətləri” QSC-də baş icraçı direktorun müşaviri vəzifəsində fəaliyyət göstərir.