ekol.az
← Rəhbərliyə qayıt

Aygül Səlimova

Səlimova Aygül Akif qızı 04.09.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olaraq, 2014-cü ildə Siyasi idarəetmə Fakultəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin, insan resursları sahəsində ixtisaslaşaraq bir sıra beynəlxalq, yerli təlim və sertifikat proqramlarını müvəffəqiyyətlə tamamlamışdır. 2021-ci ildə Society for Human Resource Management (SHRM) təşkilatının SHRM-CP, 2025-ci ildə isə SHRM-SCP imtahanlarını uğurla keçmişdir.

Əmək fəaliyyətinə 2014-cü ildə Bakı Avropa Oyunları Əməliyyat komitəsində İnsan Resursları üzrə mütəxəssis kimi başlayıb və 2015-ci ilin layihənin sonunadək orada çalışmışdır. 2015–2021-ci illərdə BOS Shelf LLC şirkətində İR üzrə mütəxəssis kimi çalışmışdır, paralel olaraq 2018–2019-cu illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Formula 1 Azərbaycan Qran Prisi layihəsində işçi qüvvəsinə nəzarətçi vəzifəsində çalışaraq, beynəlxalq tədbir çərçivəsində İR planlaşdırma, işçi heyətinin idarə olunması və resurs bölgüsünün təşkilinə cavabdeh olmuşdur. 2021–2023-cü illərdə Umid Babek Operating Company (UBOC) şirkətində istedadların idarə edilməsi üzrə mütəxəssis vəzifəsində işləmişdir. 2023–2025-ci illərdə SOCAR-ın Baş Ofisində insan kapitalının inkişafı üzrə aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirmişdi. Burada insan kapitalının inkişafı üzrə liderlik və menecment inkişaf proqramlarının hazırlanması, təlim və inkişaf fəaliyyətlərinin koordinasiyası ilə məşğul olmuş, beynəlxalq tərəfdaşlıq layihələrində iştirak etmişdir.

2025-ci ilin sentyabrından “Ekol Mühəndislik Xidmətləri” QSC-də Baş direktorun müşaviri vəzifəsinə təyin edilmişdir.