Məzahir Hüseynov
Hüseynov Məzahir Cavanşir oğlu 03.03.1967-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Dnepropetrovsk Kimya-Texnologiya İnstitutunu “Sənayedə materialların təkrar emalının texnologiyası” ixtisası üzrə bitirmişdir.
1992–2003-cü illərdə ARDNŞ-nin “28 May” NQÇİ-də istehsalat şöbəsində ətraf mühitin mühafizəsi üzrə mühəndis, daha sonra aparıcı mühəndis vəzifələrində işləmişdir. Eyni dövrdə “Neftqaztikinti” trestində xidmət rəisinin ekologiya üzrə müavini vəzifəsini icra etmişdir. 2003–2005-ci illərdə “Azinteroil” MMC-də ekologiya və texnoloji proseslərə nəzarət şöbəsinin rəisi, daha sonra isə baş direktorun istehsalat üzrə müavini vəzifələrində işləmişdir. 2006-cı ildən “Ekol Mühəndislik Xidmətləri“ QSC-də Baş direktorun istehsalat üzrə müavini – texniki direktor vəzifəsində işləmişdir.
2025-ci ildə “Ekol Mühəndislik Xidmətləri“ QSC-də Baş direktorun müşaviri vəzifəsinə təyin olunmuşdur.