ekol.az
← Xəbərlərə qayıt

Eko Parkda Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib

İyul 2, 2026

2 iyul 2026-cı il tarixində Enerji Dialoqu Platforması çərçivəsində Eko Parkda gənc media nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib. Sessiyanın əsas məqsədi iştirakçıları SOCAR-ın dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi fəaliyyət, dekarbonizasiya hədəfləri, yaşıl enerji gündəliyi və bu sahədə beynəlxalq tərəfdaşlarla birgə icra olunan layihələr barədə ətraflı məlumatlandırmaq olub.

Tədbirdə SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi Departamentinin rəisi Mustafa Qurbanlı təqdimatla çıxış edib. O, etibarlı və dayanıqlı enerji təchizatçısı kimi SOCAR-ın dekarbonizasiya strategiyası çərçivəsində gördüyü işlər, həyata keçirdiyi layihələr, emissiyaların azaldılması üzrə yanaşmaları və qarşıya qoyulan uzunmüddətli hədəflər barədə iştirakçılara məlumat verib.

Digər çıxışçılar öz çıxışlarında SOCAR-ın yaşıl enerji gündəliyindən və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələrdən bəhs ediblər. Sessiya zamanı gənc media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, iştirakçılarla dekarbonizasiya, ekoloji məsuliyyət və yaşıl enerji istiqamətində aparılan işlər barədə fikir mübadiləsi aparılıb. Tədbirin sonunda jurnalistlər Eko Park ərazisi ilə tanış olub, burada həyata keçirilən yaşıllaşdırma, ekoloji maarifləndirmə və davamlı inkişaf istiqamətli fəaliyyətlər barədə məlumatlandırılıblar.