“EKOL Mühəndislik Xidmətləri” QSC 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR pavilyonunda təmsil olunub.
“EKOL Mühəndislik Xidmətləri” QSC 1-3 iyun 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR pavilyonunda təmsil olunub.
Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan sərgi enerji, neft-qaz və əlaqəli sənaye sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri, dövlət qurumlarını və sahə mütəxəssislərini bir araya gətirib. Tədbir sektor üzrə aktual istiqamətlərin, innovativ həllərin və əməkdaşlıq imkanlarının təqdim olunması baxımından mühüm platforma rolunu oynayıb.
Sərgi müddətində “EKOL Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyəti, mühəndislik xidmətləri, ekoloji yanaşmaları və sənaye sahələri üzrə təqdim etdiyi həllər ziyarətçilərin diqqətinə çatdırılıb.
SOCAR pavilyonunda şirkət tərəfindən ziyarətçilər üçün ekoloji maarifləndirici fəaliyyətlər də təşkil edilib. Ziyarətçilər virtual ağacəkmə prosesində iştirak edib, həmçinin Ekopark əməkdaşlarının dəstəyi ilə dibçək əkiblər. Əkilən dibçəklər daha sonra iştirakçılara hədiyyə olunub.
“EKOL Mühəndislik Xidmətləri” QSC dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə istiqamətində fəaliyyətini davam etdirir.