ekol.az
← Xəbərlərə qayıt

Növbəti ağacəkmə aksiyası keçirildi

Oktyabr 20, 2026

16 oktyabr tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC, “SOCAR Upstream Management International” MMC (SOCAR Upstream) ilə birgə Eko Parkın ərazisində ağacəkmə aksiyası təşkil edib. Aksiya çərçivəsində parkın ərazisində 200-ə yaxın müxtəlif növ ağac əkilib. Aksiyada hər iki şirkətin əməkdaşları fəal iştirak edib. Tədbirin məqsədi yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və ekoloji maarifləndirməyə töhfə verməkdir. Əkilən ağaclar Eko Parkın yaşıllıq fondunun zənginləşməsinə və ərazinin ekoloji tarazlığının möhkəmlənməsinə xidmət edəcək.

Bu cür birgə təşəbbüslər korporativ sosial məsuliyyətin mühüm tərkib hissəsi olmaqla yanaşı, tərəfdaş təşkilatlar arasında əməkdaşlığın və ortaq dəyərlərin möhkəmlənməsinə də şərait yaradır. Yaşıllıqların artırılması və ətraf mühitin qorunması istiqamətində gördüyümüz işləri tərəfdaşlarımızla birlikdə davam etdirməkdən məmnunuq. Aksiyada fəal iştirak edən SOCAR Upstream əməkdaşlarına və komandamıza təşəkkürümüzü bildiririk.