ekol.az
← Xəbərlərə qayıt

“Fəxri neftçi” döş nişanı və Fəxri Fərman mükafatlarının təqdim edilməsi

Oktyabr 28, 2026

SOCAR tərəfindən neft-qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bir sıra əməkdaşlarının “Fəxri neftçi” döş nişanı və Fəxri Fərmanla təltif olunması ilə bağlı mükafatların təqdim edilməsi mərasimi keçirilib. Mükafatlar Baş direktor Ayxan Əliyev tərəfindən təqdim olunub.

“Fəxri neftçi” döş nişanına layiq görülən əməkdaşlar:
Aslanzadə İlqar Aslan oğlu – Yaşıllaşdırma departamentinin Yaşıllıqlara texniki xidmət şöbəsinin baş ustası
Xəlilov Elşən Sədrəddin oğlu – Tullantıların idarə edilməsi departamentinin bölmə rəisi

Fəxri Fərmanla təltif olunan əməkdaşlar:
Camalova Zərnişan Qabil qızı – Ekoloji xidmətlər departamentinin ƏMTQ, normativ sənədlər və innovasiya bölməsinin ekoloqu
Aslanov Ocaqverdi Nüslət oğlu – Tullantıların idarə edilməsi departamentinin operatoru

Əməkdaşlarımızın bu yüksək mükafatlara layiq görülməsi qürurverici haldır. Bu təltiflər onların peşəkarlığının, əməyə bağlılığının və neft-qaz sənayesinin inkişafına verdikləri töhfələrin qiymətləndirilməsinin göstəricisidir. Bütün təltif olunan əməkdaşlarımızı səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayırıq!