ekol.az
← Xəbərlərə qayıt

Ekol Mühəndislik Xidmətləri QSC-də Yeni Azərbaycan Partiyası ilə birgə tədbir keçirilib

Noyabr 21, 2025

Ekol Mühəndislik Xidmətləri QSC-də Yeni Azərbaycan Partiyası ilə birgə təşkil olunan tədbir çərçivəsində partiya sıralarına yeni qoşulan əməkdaşlara üzvlük sənədləri təqdim edilib.

Tədbirin əsas məqsədi əməkdaşların ictimai fəallığının təşviqi, ölkəmizin inkişafına yönəlmiş təşəbbüslərə dəstəyin göstərilməsi və kollektivdə ümummilli dəyərlərə bağlılıq ruhunun gücləndirilməsi olub. Yeni üzvlərimiz tədbirdə iştirak edərək göstərilən etimadı doğrultmaq, həmkarları ilə birgə vətənə və cəmiyyətə töhfə vermək əzmini ifadə ediblər.

Tədbir çərçivəsində Ekol Mühəndislik Xidmətləri QSC-nin rəhbərliyi, əməkdaşlar və partiyanın nümayəndələri arasında səmimi ünsiyyət və fikir mübadiləsi aparılıb. Yeni üzvlük prosesinin rəsmi təqdimatı ilə yanaşı, kollektivin sosial məsuliyyət prinsiplərinə verdiyi önəm və cəmiyyətə xidmət missiyası bir daha vurğulanıb.

Qeyd edək ki, Ekol Mühəndislik Xidmətləri QSC həm peşəkar fəaliyyət sahəsində, həm də ictimai həyat və sosial təşəbbüslərdə aktiv iştirakını davam etdirərək, əməkdaşlarının inkişafına və ümummilli məqsədlərə töhfə verməyə daima önəm verir.

Bu tədbir həm də kollektivin birliyini, əməkdaşların vətənpərvərliyini və sosial məsuliyyət anlayışını gücləndirən mühüm addımlardan biri kimi qiymətləndirilir.