Ekol Mühəndislik Xidmətləri QSC və Bahar Energy Operating Company arasında tərəfdaşlıq








Ekol Mühəndislik Xidmətləri QSC olaraq yeni tərəfdaşlığımızı elan etməkdən məmnunluq duyuruq!
Bahar Energy Operating Company ilə imzalanan müqavilə çərçivəsində çənlər parkında yerləşən neft çənləri və neft tutucu tələlərdə toplanmış dib çöküntülərinin peşəkar şəkildə təmizlənməsi və idarə olunması işlərini icra edəcək.
Tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin əsas məqsədi daha təmiz mühitin təmin edilməsi, proseslərin təhlükəsizliyinin yüksəldilməsi və yüksək keyfiyyət standartlarının qorunmasıdır. Bu layihə həmçinin ekoloji təhlükəsizliyin artırılması, tullantıların düzgün idarə olunması və sənaye obyektlərində əməyin təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli rol oynayır.
Ekol Mühəndislik Xidmətləri QSC olaraq tərəfdaşlarımızın etibarını daima doğrultmaq, innovativ və dayanıqlı həllər təqdim etmək, eyni zamanda ətraf mühitin qorunmasına töhfə vermək missiyasını prioritet hesab edirik.
Qeyd edək ki, bu əməkdaşlıq şirkətin ekoloji və sənaye sahəsində peşəkar xidmət portfelini genişləndirir və gələcəkdə daha çox kompleks layihələrin uğurla həyata keçirilməsinə zəmin yaradır.