ekol.az
← Xəbərlərə qayıt

“İşin İcrasına İcazə” və “Enerji sistemlərinin təcrid edilməsi” prosedurlarının pilot tətbiqi üzrə təlim keçirilib

Sentyabr 23, 2025

SOCAR prezidenti tərəfindən imzalanmış və yeni iş icazə sənədinin tətbiqinə dair əmrin icrası çərçivəsində “İşin İcrasına İcazə” və “Enerji sistemlərinin təcrid edilməsi” prosedurlarının pilot tətbiqinə başlanılmışdır. SOCAR olaraq Azərbaycanda bu təlimlərin həyata keçirilməsində ilk təşəbbüsü biz göstərmişik.

Təlim çərçivəsində Keyfiyyət, Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (KSTEM) şöbəsi TIEM əməkdaşları üçün ətraflı təlim keçirmişdir. Təlim zamanı iş icraçıları və rəhbər işçilər prosedurların tətbiqi qaydaları, əməliyyatların təhlükəsiz icrası və cavabdehlik prinsipləri ilə həm nəzəri, həm də praktiki şəkildə tanış edilib.

Keçirilmiş təlimin əsas məqsədi əməliyyatların təhlükəsizliyinin artırılması, cavabdehlik və nəzarətin gücləndirilməsi, eləcə də iş proseslərinin beynəlxalq standartlara uyğun həyata keçirilməsini təmin etməkdir. Təlim iştirakçıları prosedurların real iş şəraitində tətbiqi üzrə praktiki bacarıqlar qazandı, qarşıya çıxan riskləri vaxtında müəyyənləşdirmək və effektiv idarə etmək üzrə biliklərini möhkəmləndirdi.

Bu təşəbbüs SOCAR və Ekol Mühəndislik Xidmətləri QSC tərəfindən əməliyyatların təhlükəsiz və davamlı icrasına yönəlmiş strateji addım olaraq qiymətləndirilir və gələcəkdə geniş tətbiq sahələrinin artırılması planlaşdırılır.