“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında əldə etdiyi uğurlara görə” nominasiyası üzrə Ekol Mühəndislik Xidmətləri QSC təltif olunub.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil edilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında əldə etdiyi uğurlara görə” nominasiyası üzrə Ekol Mühəndislik Xidmətləri QSC sertifikatla təltif olunub.
Bu mükafat şirkətimizdə əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və işçi sağlamlığının qorunması istiqamətində həyata keçirilən sistemli tədbirlərin, beynəlxalq standartlara uyğun yanaşmanın və davamlı inkişaf strategiyasının bariz göstəricisidir. Əməkdaşlarımız üçün təhlükəsiz və sağlam iş mühitinin yaradılması daim prioritet istiqamətlərimizdən biri olub və bu sahədə əldə etdiyimiz nəticələr bizi daha da irəli getməyə ruhlandırır.
Qeyd edək ki, şirkətimizdə risklərin idarə olunması, təhlükəsizlik qaydalarına riayət olunması, mütəmadi təlimlərin təşkili və işçi rifahının yüksəldilməsi istiqamətində ardıcıl işlər görülür. Bu yanaşma həm istehsalat proseslərinin səmərəliliyini artırır, həm də əməkdaşlarımızın sağlamlığının qorunmasına xidmət edir.
Əldə etdiyimiz bu uğur bütün kollektivimizin peşəkarlığının, məsuliyyətinin və fədakar əməyinin nəticəsidir. Gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq və əməyin mühafizəsi sahəsində nümunəvi şirkətlərdən biri olmaq istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.