ekol.az
← Vakansiyalara qayıt

Dizayner və SMM mütəxəssisi

Marketinq • Bakı • Tam ştat

Bu vəzifə şirkətimizin vizual üslubunun formalaşdırılması, sosial media idarəçiliyi və rəqəmsal kommunikasiya fəaliyyətlərinin həyata keçirilməsində aktiv rol almaq imkanı yaradır.

CV-nizi mövzu sətrində “Dizayner və SMM Mütəxəssisi” qeyd etməklə hr.group@ekol.az ünvanına göndərə bilərsiniz.

Son müraciət tarixi: 25 fevral 2026

Vəzifə öhdəlikləri

  • Dizayn üzrə:
  • Şirkətə aid təqdimatların hazırlanması
  • Promo və reklam məhsullarının dizayn edilməsi
  • İnteryer və eksteryer dizayn işlərinin aparılması
  • Şirkət saytının dizaynının dəstəklənməsi
  • Tədbirlər planının hazırlanması
  • SMM üzrə:
  • Marketinq və SMM strategiyasının hazırlanması
  • Sosial media hesablarının idarə edilməsi
  • Kontent planının hazırlanması və icrası
  • Sosial media üçün vizual və mətn kontentinin hazırlanması
  • Həftəlik və aylıq hesabatların tərtib edilməsi

Tələblər

  • Ali təhsil (dizayn, marketinq, PR, kommunikasiya və ya uyğun sahə arzuolunandır)
  • Dizayn və ya SMM sahəsində 1–3 il iş təcrübəsi
  • Dizayn proqramları üzrə biliklər (Adobe Photoshop, Illustrator və s.)
  • Sosial media platformaları və rəqəmsal trendlər üzrə biliklər
  • Kreativ düşüncə, operativlik və məsuliyyətlilik
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək, rus və ingilis dilləri üstünlükdür

Bu vakansiyaya müraciət et