ekol.az
← Vakansiyalara qayıt

Mütəxəssis

Təşkilati İdarəetmə Şöbəsi • Baki • Tam ştat

Bu vəzifə şirkətimizin idarəetmə proseslərinin səmərəli və standartlara uyğun işləməsini təmin etmək, risklərin idarə edilməsi və daxili sənədləşmənin təkmilləşdirilməsində iştirak etmək imkanını verir.

Müraciət üçün: CV-nizi mövzu sətrində “Təşkilati İdarəetmə Şöbəsi üzrə Mütəxəssis” qeyd etməklə hr.group@ekol.az ünvanına göndərə bilərsiniz.

Son müraciət tarixi: 25 fevral 2026

Vəzifə öhdəlikləri

  • Şirkətin təşkilati strukturunun, idarəetmə proseslərinin və daxili sənədləşmənin düzgün işləməsini təmin etmək;
  • İşin səmərəliliyini təhlil etmək və təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Səlahiyyətləri daxilində öz fəaliyyət sahəsi ilə əlaqədar olaraq əmr və göstərişlərin layihəsini hazırlamaq;
  • Şirkətdə risklərin idarə edilməsi sisteminin tətbiqinə və təkmilləşdirilməsinə dəstək olmaq;
  • Struktur bölmələr arasında idarəetmə və informasiya axınını koordinasiya etmək;

Tələblər

  • Ali təhsil;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
  • Orta səviyyədə ingilis dili bilikləri tələb olunur;
  • Analitik düşüncə;
  • Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Arayış, hesabat, akt, əmr və digər sənədlərlə işləmə bacarığı;
  • İnkişaf yönümlü və məsuliyyətli yanaşma;
  • Risklərin idarə edilməsi sahəsində biliklər;
  • Beynəlxalq idarəetmə sistemləri haqqında anlayış;
  • Normativ sənədlərlə iş təcrübəsi: sənədlərin tərtibi, təkmilləşdirilməsi və s.

Bu vakansiyaya müraciət et